reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Nar"ın dəstəyi ilə qəhrəman müəllimlər haqqında kitab çap edildi

reklam

"Nar"ın dəstəyi ilə qəhrəman müəllimlər haqqında kitab çap edildi












“Nar”ın Zəfər Gününə həsr etdiyi “Yaşa, Vətən!” kommunikasiyasının davamı olaraq, 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlərin qəhrəmanlıqlarından bəhs edən “Qazi müəllimlər” kitabının təqdimatı olub. Mobil operatorun dəstəyi ilə çap edilən kitabda Vətən müharibəsindən sonra “Qafqazinfo” xəbər portalının “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində hazırladığı 38 reportaj toplanıb. Qeyd edək ki, xəbər saytının Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hazırladığı bu yazılar cəmiyyətdə böyük marağa səbəb olub və şagirdlərin hərbi vətənpərvərlik ruhda yetişməsinə töhfə verib.

Kitab ilkin olaraq 2000 tirajla, təxminən 150 səhifə olmaqla, 4 rəngdə nəfis şəkildə Türkiyədə nəşr olunub. Kitabın ödənişsiz olaraq həm Bakı şəhəri üzrə, həm də ölkənin digər məktəblərinə paylanılması nəzərdə tutulur. Qeyd edək ki, layihənin məqsədi qazi müəllimlərimiz haqqında məlumatın geniş yayılması və onların şücaətinin gələcək nəsillərin tərbiyəsinə töhfə verməsidir.

“Nar”ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, “Nar”ın kitabın çapına dəstək olmaqda məqsədi qazi müəllimlərimizin igidlikləri və döyüş yolunu hər kəsə çatdırmaqdır: “Nar” olaraq, Vətən müharibəsinin qəhrəman simalarının təşviqinə dəstək olmaq bizim üçün qürurdur. Bu kitabda qəhrəmanlıq hekayəsini oxuduğumuz hər bir müəllimin sinif otaqlarına geri dönüb vətənpərvər, savadlı, cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirəcəyindən əminik”.

“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud çıxışı zamanı vurğulayıb ki, 38 müəllim yazdığı bu tarixi salnamə ilə məktəblilərin gerçək qəhrəmanlarına çevrilib: “Adətən şagirdlərin ilk tanış olduğu nağıl qəhrəmanlarıdır, onların çoxu da xalqın təfəkküründə uydurulmuş mifik obrazlardır. Bu şagirdlərin xoşbəxtliyi ondadır ki, həmin qəhrəmanlar onların auditoriyasındadırlar. Bu müəllimlərin hər biri artıq öz sözlərini demiş insanlardır”.

Qeyd edək ki, “Nar”ın layihələri haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.





Paylaş:


Müəllif : Tarix:
12-11-2021, 22:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər