“Deyirdilər, əhalinin 70%-i vaksinləşəndə kollektiv immunitet yaranacaq, bəs nə oldu?!” - HƏQİQƏTƏN DƏ...
“Virus bəlası artıq o qədər cavabsız suallar doğurub ki, hökumətlər, hətta o cinayətkar ÜST də bu yükün altından çıxa bilmir, bilməyəcək də...”
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
“Hollandiyada növbəti qismi qapanma elan edilib, sərt tədbirlər görülür, kafe-restoranlar qapadılır, yenidən "sosial məsafə" tələbi qoyulur, səbəbi də odur ki, son günlər Hollandiyada yoluxma halı 16000 dən yuxarı olur, ölüm halı da artır və son 10 gündə yoluxma halı pandemiya başlayandan bəri (yəni, 0 vaksin vurulan zamanlardan) ən yüksək səviyyədədir - bir daha, indi, bu günlərdə ən yüksək yoluxma halları qeyd olunur. Hollandiyada 12 yaşdan yuxarı əhalinin 82%-i (bu dünyada ən yüksək rəqəmlərdən biridir) tam vaksinləşib - bir daha, tam vaksinləşib, yəni hər iki dozu qəbul ediblər. Yaxşı, ÜST və dünya ölkələri nə deyirdi?! Əhalinin 70%-i vaksinləşəndə (ya da xəstələnib-sağalsa) kollektiv immunitet yaranacaq! Bəs nə oldu?! Hollandiya, Danimarka, Almaniya ən yüksək vaksinləşmə səviyyəsi olan ölkələrdir, amma yoluxma sayı rekord həddlərdədir! Avstriya, İtaliya, Fransa, Almaniya, Yeni Zenlandiya, Avstraliya və Hollandiyada "kovid-faşizm" əlehinə böyük nümayişlər olur, axır ki, "Euronews" kimi "mainstream" media da bu xəbərləri vermək məcburiyyətində qaldı. İnsanlar suallara cavab axtarırlar, bu cavablar sadə deyil, bəsit deyil, amma dünyanın "çivisi"ni yerinə qaytaranlar məhz sual verənlər və cavab axtaranlar olacaq!” – N.Cəfərli qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2021, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər