Rusiya ciddi-cəhdlə Qarabağın “qədim Ermənistan” olduğunu “isbatlamağa” çalışır.. - ZİBİLƏ DÜŞMÜŞÜK...
Moderator.az-ın son bir illik müşahidələri və təhlilləri nəticəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarının bir hissəsində yerləşdirilmiş Rusiya “sülhməramlı” hərbi kontingentinin Kremlin imperiya siyasətinə uyğun daha bir qanunsuz missiya daşıdığı müəyyən edilib. Söhbət ciddi-cəhdlə bu torpaqların nəinki tarixi, həm də dini baxımdan xristian ermənilərə məxsus olduğunu sübut etməkdən gedir. Buradan Rusiya lideri Putinin “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan ərazisidir” deyimindəki gizli mesaj bir daha üzə çıxır. Belə ki, Rusiya hərbi komtingenti elə ilk günlərdən nəinki keçmiş Dağlıq Qarabağdakı haylaşdırılmış qədim Azərbaycan abidələrini, eləcə də Kəlbəcər rayonu ərazisindəki Xudavəng məbədini də bizim dövlətin icazəsi(!) ilə nəzarətə götürdü. Və bu minvalla mütəmadi olaraq Həsənsar, Amaras və Xudavəng məbədlərinə hayların ziyarətlərini təşkil etməyə başladı. Öz gündəlik informasiya bülletenlərində isə həmin abidələri “qədim Ermənistanın xristian məbədləri” kimi təqdim etməyə çalışdılar.
“Sülhməramlı”ların bu cəhdi onların bu gün -noyabrın 16-ı Bakı vaxtilə səhər saat 06:00-da Rusiya Müdafiə nazirliyinin rəsmi saytında yaydıqları məlumatdan da bəlli olur.
“Dağlıq Qarabağda fəaliyyət göstərdikləri bir il ərzində Rusiya sülhməramlı kontingentinin hərbçiləri tərəflərin demarkasiya xəttinin yaxınlığında yerləşən Amaras və Dadivank monastır komplekslərinə 4 mindən çox zəvvarın ziyarətinin təhlükəsizliyini təmin ediblər... 80 dəfədən çox rus sülhməramlıları zəvvarları Stepanakert şəhərindən Erməni Apostol Kilsəsinin monastırlarında bazar günü ibadətlərinə qatılmaları üçün Amaras və Dadivank monastırlarına və geriyə müşayiət ediblər” - sözügedən xəbərdə belə deyilir.
Göründüyü kimi, məlumatda Xankəndi şəhərinin və Xudavəng(yaxud Dədəvəng) məbədinin adları təhrif olunmaqla yanaşı, Amaras və Xudavəng məbədləri Erməni Apostol Kilsəsinin monastırları kimi təqdim edilir. Burada eyni zamanda ermənilərə may ayından Azərbaycan ordusunun gurişə icazə vermədiyi Xudavəng məbədinə də ziyarətlərin bərpa olacağına ümüid verilir...
Rusiya MN-in bəhs edilən məlumatının ardında isə ayrıca Amaras məbədindən bəhs edilir və onun “tarixi(!) Ermənistan ərazisində yerləşdiyinə” açıq şəkildə eyham vurulur və hazırkı Xocavənd yox, “Martuni” rayonunda olduğu vurğulanır:
“Amaras erkən orta əsr xristian monastırlarından biridir və Martuni bölgəsində yerləşir. Orta əsrlərdə o, Ermənistanda məşhur dini və mədəniyyət mərkəzi statusuna malik idi”.Xatırladaq ki, Amaras məbədi haqda eyni məlumat Rusiya “sülhməramlı” kontingentinin əvvəlki xəbər bülletenlərində də öz əksini tapıb.
Diqqət edin, 10 noyabr 2020-ci ildən bəri aparılan bu təbliğatın son akkordu bir il sonra 10 noyabr 2021-ci ildə vuruldu: general Rüstəm Muradovun da iştirakıyla Xocalı hava limanı ərazisində “sülhməramlı” əsgərə abidə ilə yanaşı, Qarabağda ilk pravoslav xristian(!) kilsəsi də açıldı və üstəlik, Rusiyanın “qəhrəman sərkərdəsi” Aleksandr Nevski başda olmaqla 10 məşhurunun büstləri də sıralandı...
Budur Putinin mesajları:
“Qarabağ hazırkı beynəlxalq hüquq baxımından Azərbaycanın olsa da, tarixi, dini və hərbi baxımdan Rusiya imperiyasının və onun himayəsindəki Ermənistanındır. Və bunu isbat etmək və bu torpaqları öz gerçək sahiblərinə qaytarmaq üçün Rusiya siyasətçiləri və hərbçiləri ilə paralel ermənilərin də hər vasitə ilə, o cümlədən terror, diversiya və hərbi əməliyyatlar yoluyla mübarizə aparmaq gərəkdir...”
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2021, 10:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər