MTN-in keçmiş vəzifəliləri ilə bağlı yeni detallar məlum oldu: "Deyirdi ki, nazirin göstərişidir..."
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev həbsdə olsa da, vaxtilə onun tabeliyində çalışmış, hazırda isə birlikdə mühakimə olunan üç nəfər azadlıqdadır. Bunlar İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisi vəzifəsində çalışmış Vüsal Ələkbərov və Sahib Ələkbərovdur.
Sabiq MTN-çilərin işi üzrə zərərçəkən qismində tanınan şəxslər tələb edir ki, adıçəkilən üç nəfər də həbs olunsun. Noyabrın 16-da zərərçəkmişlərdən Hüseyn Səfərov məhkəmədə bu barədə vəsatət qaldırıb.
Keçmiş MTN vəzifəlilərinin məhkəməsinə yenə jurnalistləri buraxmayıblar. Ona görə media nümayəndələri Bakı Hərbi Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər. "MTN-çilərin açıq məhkəməsini qapalı bazara çevirməyin!", "Mövlam Şıxəliyev və komandasının məhkəməsini ictimaiyyətdən gizlətməyin!" kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Vaxtilə MTN əməkdaşları tərəfindən qanunsuz həbs olunduqlarını, hədə-qorxu ilə pullarının, əmlaklarının əllərindən alındığını deyən zərərçəkmişlər də jurnalistlərin məhkəməyə buraxılmamasına etiraz ediblər.
"Azadlıq" radiosunun yaydığı məlumata görə, zərərçəkmiş H.Səfərov məhkəmədə təqsirləndirilən şəxslərin hamısının həbs olunması haqda vəsatətini əsaslandırarkən deyib ki, onlar zərərçəkənlərə təzyiq göstərir: "Vüsal Ələkbərov məhkəmənin qarşısında mənə hədə-qorxu gəlir ki, şikayətimi geri götürməsəm, mənim üçün pis olacaq. Xahiş edirəm, onlar həbs olunsun, bizə qarşı zorakılığın, təzyiqlərin qarşısı alınsın".
H.Səfərov dindirmə zamanı deyib ki, 67 gün MTN-də uydurma cinayət işi üzrə təqsirləndirilərək girov saxlanıb. Onun sözlərinə görə, 3 milyon dollar pul tələb olunub: "Mən günlərlə müstəntiqlərin kabinetində oturub, qohum-qardaşımın cinayətkar dəstənin məndən tələb etdiyi 3 milyon dolları toplamasını gözləmişəm. O günlərdə Mövlam Şıxəliyev dəfələrlə məni kabinetinə çağırtdırıb pul tələb edirdi. Deyirdi ki, nazirin göstərişidir, pulu düzəldin, buraxaq. Ona görə bu gün qəfəsdə Şıxəliyevin yanında Eldar Mahmudov da əyləşməlidir".
Zərərçəkmişin sözlərinə görə, son nəticədə MTN-də 2 milyon dollara razılaşıblar. Amma qohum-əqrəba cəmi 1 milyon 650 min dollar düzəldə bilib. O pulu da oğlu Rüstəm Səfərov gətirib MTN-in binası yaxınlığında Vüsal Ələkbərova verib. Bundan bir neçə gün sonra onu həbsdən azad ediblər.
Səfərov o dövrdə "Kapitalbank"ın "Tərəqqi" filialının müdiri idi. O deyir ki, oğlunun Ələkbərova pul verməsini təsdiqləyən sübutlar, o cümlədən telefon danışıqları da var.
"Pul alınandan sonra məni azad etmək üçün MTN-ə həkim briqadası gətirdilər. Həkimlərdən rəy alındı ki, ağır xəstəyəm. Bu əsasla da barəmdə həbs-qətimkan tədbiri dəyişdirildi. Həbsdən buraxılandan dörd ay sonra qalan 350 min dolları da düzəldib verdim. Bir gün də Vüsal Ələkbərov zəng elədi ki, "Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir". Mənə hərəsi 6 min 500 manat olan iki "Vertu" telefonu aldırdı", – Səfərovun qeyd edib.
Sabiq MTN-çilərin məhkəməsi noyabrın 23-də davam edəcək. Həmin gün təqsirləndirilən şəxslərin həbs olunması haqda vəsatətlə bağlı qərar da elan olunacaq.
Növbəti proses noyabrın 23-nə təyin olunub.
Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var./Azpolitika
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2021, 19:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər