reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Atamı aparıb öldürdülər" - Mərkəzi Xəstəxananın həkimlərindən ŞİKAYƏT

reklam

"Atamı aparıb öldürdülər" - Mərkəzi Xəstəxananın həkimlərindən ŞİKAYƏT













Rayon xəstəxanalarından şikayətlər bitmir.

Sonxeber.az-ın redaksiyasına daxil olan növbəti şikayət Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkimlərindəndir.

Belə ki, şikayətçi Quliyeva Pərvanə Məhərrəm qızı atasını həkimlərin öldürdüyünü iddia edir.

Onun sözlərinə görə, evdən aparıldıqda atasının vəziyyəti yaxşı olub:

"Şikayətim Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Faiq, Əziz və Aydın adlı həkimlərindən, eyni zamanda Zəfər adlı anestezioloqundadır. Atam Cəfərov Məhərrəm Abbasqulu oğlu dünyasını dəyişib. Bizi aldatdılar, dedilər ki, 5 günə sağaldıb gətirəcəklər. Atamı apardılar və heç ölüsünü də gətirmədilər. "COVİD-19"dan öldüyünü deyirlər, amma ortada nə analiz cavabı var, nə "COVİD-19" testi. Buzlaşmanın nə qədər olduğunu soruşmuşuq, cavab verməyiblər. Heç rentgen müayinəsi də etməyiblər. Evdən aparanda saturasiyası 72 idi. Bizə dedilər ki, xəstə yaxşıdır, heç nə yoxdur. Atamın vəziyyəti yaxşı olduğu halda evden çıxıb. O necə həkimdir? Nə ediblər ki, xəstəsinin alnında çapıq yaranıb, kürəyi şişib?!

Anam atamdan daha pis vəziyyətdə idi, amma sağaldı, atamı isə aparıb öldürdülər. Qardaşım Cəfərov Arzu Məhərrəm oğlu Əziz həkimə "Elə bil ki, o sənin atandır, mən də qardaşınam" deyərək ona düzünü deməsini xahiş edib. Buna baxmayaraq, atamın vəziyyətinin ağır olduğu barədə qardaşıma heç nə deməyiblər. Eşitdiyimiz yeganə söz o idi ki, xəstənin vəziyyəti yaxşıdır, orqanlarında irəliləyiş var".

Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
17-11-2021, 11:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər