reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şəhid Ümid Niftəliyev Naxçıvanda dəfn olunub - YENİLƏNİB

reklam

Şəhid Ümid Niftəliyev Naxçıvanda dəfn olunub - YENİLƏNİB










Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlu Naxçıvanda dəfn olunub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, şəhid doğulduğu Babək rayonunun Nehrəm kəndində torpağa tapşırılıb.

Dəfn mərasində rəsmi şəxslər, Müdafiə Nazirliyinin əməkdaşları, ictimiayyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

***11:46

Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında şəhidi Müdafiə Nazirliyinin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri yola salıb.

Noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Ümüd Niftəliyevin cənazəsi doğulduğu Naxçıvana yola salınıb.

Bu gün Bakıda Ü.Niftəliyevlə hərbçi yoldaşlarının vida mərasimi keçirilib. Onun cənazəsi hərbi qarovulun müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına yola salınıb. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Leytenant Ümüd Niftəliyev Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.









Paylaş:


Müəllif : Tarix:
18-11-2021, 16:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər