reklam
Regionxeberlericom.az » Cəmiyyət » Deputatın “Milyonerlər məhəlləsi”ndə villası var? - İddialara cavab verdi

reklam

Deputatın “Milyonerlər məhəlləsi”ndə villası var? - İddialara cavab verdi








Parlamentin ötən gün keçirilən iclasında Milli Məclisin üzvü Razi Nurullayevin evsiz deputatalrın kirayə haqlarının qaldırılması ilə bağlı təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dünəndən bəri xalq kirayədə qalan deputatların kimliyini araşdırır. Hətta, vətəndaşların çoxu deputatların şəxsi mənzillərinin olmaması və kirayədə qalması məsələsinə təəccüblənib. Çox keçmir ki, kirayədə qalan deputatların siyahısı açıqlanır. Həmin siyahıda deputat Anar Məmmədovun da adı qeyd olunub.

Bu barədə millət vəkili açıqlama verib. O bildirib ki, bu xəbər həqiqəti əks etdirmir: “Hansı deputatların kirayə haqqı alması barədə dəqiq məlumata sahib deyiləm. Ancaq mənimlə bağlı yayılan məlumatlar da düzgün deyil. Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib”.

Deputat Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində 12 sotluq ərazidə milyonluq villasının olması barədə iddialara də aydınlıq gətirib: “Bu məlumatlar da həqiqəti əks etdirmir. Ümumiyyətlə, yaşadığım ünvanı qeyd etmişəm. Kim istəsə maraqlana bilər. Həmin siyahıları kim yayırsa, onu da dəqiq bilmirəm. Çox zaman bir-birindən götürərək, yanlış informasiyaları yayırlar. Bu da cəmiyyətdə geniş müzakirələrə səbəb olur, yəni olanları deyirəm. Yaxşı olardı ki, dəqiqləşmiş məlumatlar əks olunsun. Mən olanları dedim, ədalət də budur”./Demokrat.az




Paylaş:


Müəllif : Tarix:
18-11-2021, 20:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər