reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qazi Cahangir Əliyev yenidən Türkiyəyə göndərilir - AÇIQLAMA

reklam

Qazi Cahangir Əliyev yenidən Türkiyəyə göndərilir - AÇIQLAMA

















Son zamanlar sosial şəbəkələrdə fotosu yayılan qazi Əliyev Cahangir Gülbala oğlunun müalicə üçün yenidən Türkiyəyə yollanacağı bəlli olub.

Məsələ ilə bağlı “YAŞAT” Fondundan Yeniavaz.com-a açıqlama verilib.

Bildirilib ki, qazi həkiminin təyin etdiyi vaxtda yenidən Türkiyəyə göndəriləcək:

“Qazimiz “YAŞAT” Fondunun təşəbbüsü ilə İsrail dövlətindən dəvət olunan həkim heyəti tərəfindən müayinə olunub. Onun müalicəsinin davam etdirilməsi ölkə daxilində mümkün olmadığından Türkiyə Respublikasının VM Medical Park Pendik Xəstəxanasına göndərilmiş, 82 365 AZN dəyərindəki müalicə xərci Fond tərəfindən ödənilmişdir. Qazimiz 2021-ci il 31 iyul tarixində vətənə geri dönmüşdür. Fond tərəfindən müayinə edilməsi məqsədi ilə həkimlərin rəyinə əsasən vətənə qayıtdığı vaxtdan 4-6 ay sonra (həkiminin təyin etdiyi vaxtda) yenidən Türkiyə Respublikasına göndəriləcəkdir”.

O, həmçinin qazinin ölkəmizdə aparılan müalicəsindən də bəhs edib.

“Eyni zamanda Türkiyədə qazimizi müayinə edən həkimlər tərəfindən onun güclü reabilitasiya prosesinə cəlb olunmasının səhhətinə əks təsir göstərə biləcəyi bildirilmiş, ona ev şəraitində də özünün edə biləcəyi yüngül hərəkətlər tövsiyə olunmuşdur.

Buna baxmayaraq, ailəsinin istəyi üzrə 2021-ci ilin 9 sentyabr tarixində qazimizin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə növbəti müraciəti qeydə alınmış, reabilitasiyaya cəlb olunması məqsədi ilə Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna yönləndirilmişdir. Anası adıçəkilən tibb müəssisəsinin uzaq məsafədə yerləşməsini əsas gətirərək imtina etmişdir.

Qazimizin ailəsinin istəyi üzrə Sumqayıt şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzinə yönləndirilmiş, lakin anası reabilitasiya prosesinin evdə olmasını tələb edərək övladının müəssisəyə yönləndirilməsindən imtina etmişdir. Aidiyyəti tibb müəssisəsi tərəfindən reabilitasiya prosesinin evdən aparılması mümkün olmadığı bildirildiyindən, təəssüf ki, bu müraciətin təmin edilməsi mümkün olmamışdır. Daha sonra vətəndaş fikrini dəyişərək 14.09.2021-28.09.2021-ci il tarixi aralığında Sumqayıt şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzində tövsiyə olunduğu kimi yüngül formada reabilitasiya olunmuşdur”.




Paylaş:


Müəllif : Tarix:
20-11-2021, 10:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər