ƏLİ HƏSƏNOVUN NƏVƏSİNİN ƏMLAKLARINA HƏBS QOYULDU - Zərərçəkənləri aldadıb...
Bakı Apelyasiya Məhkəməsində baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin əmlaklarına həbs qoyulub. Məhkəmə bu qərarı Nail Allaverdiyevin törətdiyi qəza zamanı şikəst etdiyi zərərçəkənlərə vurduğu ziyanın qarşılığını ödəmədiyinə görə verib.
İş üzrə zərərçəkən Mütallib Tekiş bizimmedia.az-a bildirib ki, qərar onların vəsatəti əsasında verilib. Bakı Apelyasiya Məhkəməsi Nail Allahverdiyevin mal varlığına həbs qoyub.
Tekişin sözlərinə görə, qəzadan sonra həm özü, həm də həyat yoldaşı Söngül xanım çox ağrılı günlər yaşayıblar. Zərərçəkən bildirib ki, 2 ilə yaxındır Nərimanov Rayon Məhkəməsində açdığı təzminat davası qismən təmin edilib. Əli Həsənovun onlara vəd etdiyi təzminat Tekişin həyat yoldaşının 1 il 5 aylıq müalicə puluna hesablanıb, məhkəmə Nail Allahverdiyevi bütün öhdəliklərdən azad etmək barədə qərar çıxarıb. Məhkəmənin bu qərarından razı qalmayan Mütallib Tekiş hökmdən apelyasiya şikayəti verib.
Noyabrın 16-da keçirilən prosesdə Nail Allahverdiyev zərərçəkənlərə təzminat ödəməkdən boyun qaçırıb. Bundan sonra onun mal varlığına həbs qoyulub. İndi məlum olur ki, Əli Həsənov qəzadan sonra Tekiş cütlüyü ilə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməmək haqda saziş imzalayıb. Lakin Həsənov ailəsi, bir müddət zərərçəkənlərin müalicə xərclərini qarşıladıqdan sonra ödəməni dayandırıb. Ona görə də ailə təkrar olaraq məhkəməyə müraciət etməli olub.
Mütallib Tekiş bildirib ki, məhkəmə son qərarını noyabrın 23-də keçirilən prosesdə verəcək: “Noyabrın 23-də keçirilən prosesdə hakim yekun qərarı elan edəcək. Qarşı tərəf verilən qərardan heç məmnun deyil. Həsənovlar ailəsinin vəkili çıxışlarında hər zaman olduğu kimi aqressiv idi. Hətta hakim ona bu barədə xəbərdarlıq da edib. Noyabrın 8-də biz həyat yoldaşımın müalicəsinin uzun müddət davam edəcəyi barədə arayışı məhkəməyə təqdim etmişik və bununla bağlı qərarı səbrsizliklə gözləyirik”.
Sonda Mütallib Tekiş bildirib ki, Apelyasiya Məhkəməsinin qərarı onları qane etməsə, Ali Məhkəməyə müraciət edəcəklər: “Lazım gəlsə, haqqımızı təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik. Çünki yoldaşımın səhhətində çox ciddi problem var, mütləq müalicə alıb və mütəmadi fizeoterapiya olmalıdır. O, bu qəzadan sonra 80 faiz əlil olub”.
Xatırladaq ki, qeyd olunan qəza 2017-ci ilin avqustun 3-də baş verib. 1994-cü il təvəllüdlü Nail Allahverdiyev idarə etdiyi “Gelandewagen” markalı avtomobili yüksək sürətlə hərəkət etdirib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı “VAZ-21015" markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub. Daha sonra maşın binanın fasadına çırpılaraq yanıb. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə Nail Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyalarını dəyişiblər. Tekiş cütlüyü isə ağır xəsarət alıb.
Nail Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin edib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. Nail Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. Ali Məhkəmə onun üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.
Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.Bu qərarı verərkən Ali Məhkəmə bu hallara əsaslandığını açıqlayıb:
Nail Allahverdiyevin evli olması;
Ali təhsilli olması;
Əvvəllər məhkum edilməməsi;
Yaşayış yerindən müsbət xarakterizə olması;
N.Allahverdiyevə 3 il sınaq müddəti müəyyənləşdirib.
Belə görünür ki, sınaq müddəti bitməmiş Nail Allahverdiyevin ailəsi zərərçəkənlərə vurduğu ziyanı ödəməkdən yayınıb
Paylaş:
Müəllif : Fuad
Tarix:20-11-2021, 12:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər