Əkiz şəhidlərin bacısı yataq xəstəsidir - “İki otaqda altı nəfər qalırıq”
Ağdamın Çullu kəndindən iki əkiz övladını Vətən Müharibəsində şəhid verən ana Mailə Allahverdiyeva və ailəsinin çətin şəraitdə yaşadığını əks etdirən görüntülər yayılıb.
RegionXəbərləri.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin görüntülərlə bağlı ailə ilə əlaqə saxlanılıb. Məlum olub ki, Allahverdiyevlər şəhid ailələri üçün nəzərdə tutulan Azərbaycan Prezidentinin təqaüdünü alır. Bu məbləğ hər şəhid üçün 500 olmaqla 1000 manatdır. Amma Vətən müharibəsi şəhidləri Tacir və Nazirin qardaşı Ceyhun Allahverdiyev bildirib ki, ailənin 32 yaşlı qızı Şəmsiyyə illərdir yataq xəstəsidir. 6 nəfərlik ailə iki otaqdan ibarət şəraitsiz evdə qalır.
Onun iddiasına görə, indiyə kimi onların həyat şəraiti ilə maraqlanan olmayıb:
“Ağdam Rayon İcra Hakimiyyətindən şəhidlərin yas mərasimində evimizə gəliblər, vəziyyətimizdən xəbərdardırlar. Amma indiyə kimi heç kim narahat olmayıb ki, siz hansı şəraitdə yaşayırsınız? Ev iki iç-içə yerləşən otaqdan ibarətdir. Döşəmə torpaqdandır, çox bərbad gündədir, yox vəziyyətindədir. Çox dözülməz şəraitdə yaşayırıq. “YAŞAT” Fondu o vaxt 5 min manat köməklik elədi, lakin o pulla ev düzəltmək olmur”.
Ceyhun Allahverdiyevin sözlərinə görə, bacısı I qrup əlildir. Lakin aldığı pensiya heç müalicə xərclərini ödəmir:
“Bacım I qrup əlildir, həmişə uzanıqlı vəziyyətdədir. Yeməyi ona özümüz yedirdirik, danışa, hərəkət edə bilmir. 278 manat pensiya alır, 50 manat da ona baxmağa görə pul verilir. O məbləğ də heç nəyə çatmır. Elə birinci qrup əlillər var ki, 400 manat pensiya alır, bacıma isə cəmi 278 manat pul verilir. Onun olduğu otaqda daim qaz, işıq yanır. Dərmanları və digər xərcləri var ki, bu məbləğ bəs eləmir”.
Problemlə bağlı Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib ki, şəhid ailəsinə İcra Hakimiyyətinin imkanı çatdığı qədər köməklik olunur: “İcra Hakimiyyətinin nəyə imkanı var, şəhid ailələrinə kömək edir və edəcək də. Həmin ailənin həyətində su yox idi, hələlik onların həyətində şəxsi artezian quyusu qazılıb. Həyət hasara alınıb. Bütün nəzərdə tutulan imtiyazlardan da isifadə olunur. Evin təmir məsələsinə gəlincə isə, bizdə ilin sonudur, vəsait çatışmazlığı olur. Vəsait olan kimi, yəqin ki, icra başçısının göstərişi ilə komissiya evə baxış keçirəcək və nəsə edəcək. Biz onlardan gözümüzü çəkmərik, o ailə iki şəhid verib”.
Qeyd edək ki, Nazir və Tacir Allahverdiyev qardaşları 2001-ci il aprelin 20-də Ağdamın Çullu kəndində anadan olublar. Bir yerdə məktəbə gedən qardaşlar hərbi xidmətə də bir yollanıblar. 2020-ci ili sentyabrın 27-də Vətən müharibəsi başlayanda onların tərxis olunmalarına cəmi 3 gün qalmışdı. Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabrda Füzuli-Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Döyüşdə göstərdikləri qəhrəmanlığa görə "Vətən uğrunda" medalı ilə təltif olunublar.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-11-2021, 18:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər