reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistan parlamentində Köçəryanla Minasyan atışıb

reklam

Ermənistan parlamentində Köçəryanla Minasyan atışıb

 










İclasda parlamentin müdafiə və təhlükəsizlik komissiyasının “Mülki müqavilə” və “Hayastan” fraksiyalarından olan üzvləri mübahisə edib.

Hər şey komissiyanın rəhbəri Andranik Köçəryanın müxalifət blokunun nümayəndəsi Artsvik Minasyana söz verməsi ilə başlayıb.

Minasyan Köçəryanı və “Mülki müqavilə” fraksiyasının digər nümayəndəsi Vaaqn Aleksanyanı yalan danışmaqda və ictimai rəyi manipulyasiya etməkdə ittiham edib.

Köçəryanla Minasyan arasında sözlü atışma baş verib, onlar bir neçə dəqiqə yüksək səslə mübahisə aparıblar.

Müxalifətçi deputat prokurorluqdan Köçəryan və Aleksanyanın ifadələri ilə bağlı dərhal cinayət işi açmağı və satqının kim olduğunu öyrənməyi tələb edib.

“Sizi hələ də mühakimə edəcəklər və təkcə bu cinayətə görə yox”, - deyən Minasyan zalı tərk edib. Müxalifət blokundan daha bir neçə nəfər də onun ardınca gedib.

Köçəryan deyib ki, Minasyan işini küçədə görsə, daha yaxşıdır, çünki komissiyanın iclasında o, ancaq şou göstərir.

Qeyd edək ki, iclas davam edib və Artur Kazinyan 13-cü dəfə komissiyanın sədr müavini seçilməyib.




Paylaş:


Müəllif : Tarix:
23-11-2021, 14:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər