“Uşaq bir gün dərsə gedir, iki həftə xəstə yatır” - məktəblərin istilik problemi niyə həll olunmur?
Bakıda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində istilik problemi hələ də həllini tapmayıb. Həftəsonu yayılan məlumatlara görə, paytaxtda fəaliyyət göstərən 67 məktəbə istilik verilməyib. Məktəblərə istiliyin verilməməsi ciddi problemlərə səbəb olub. Hətta bir çox məktəblərdə sinif otaqları valideynlər tərəfindən alınan qızdırıcılarla qızdırılır. Əlbəttə, burada məktəb rəhbərliyini də günahlandırmaq olmaz, çünki məktəblərə gərək aidiyyəti qurumlar istilik versin ki, məktəbləri qızdırmaq mümkün olsun. Hətta istilik verilən məktəblərdə belə qızdırıcıların otaqları isitmədiyi deyilir. Bu səbəbdən də valideynlər məcbur qalıb övladlarını məktəbə buraxmadıqlarını deyirlər.
Bizimlə söhbətdə iki övladı Nizami rayonu, 145 saylı məktəbdə oxuyan Afət Əliyeva narazılığını bildirib: “Oğlum birinci sinifdə, qızım isə beşinci sinifdə oxuyur. Bir gün dərsə gedirlər, iki həftə evdə xəstə yatırlar. Bu bütün sinfi necə isidə bilər? Məktəbin müəllimləri də tez-tez xəstələnirlər, dərsə gələ bilmirlər. Neçə gün idi ki, bütün valideynlər hər yerə şikayət etdik, axır ki, məktəbə istilik verdilər. Amma ürəkdən sevinə bilmədik, qızdırıcıya əl vurursan çox az istilik verir. Valideynlərimizdən biri, sağ olsun, sinfə ”radiator" gətirib. Amma otaq yenə də soyuqdur. Nə edək, ümumiyyətlə, uşağımızı təhsildən ayıraqmı? Axı dərslərdən kənarda qalırlar. İki həftə getmədilər, proqramı yenidən başa salmaq çətin oldu. Müəllim tutub əlavə ödəniş etməlisən ki, uşaq dərsi başa düşsün. Belə zülm etməsinlər də, dərdimizi kimə deyək, axı!"
Yeri gəlmişkən, Milli Hidrometeorologiya Xidməti havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq da edib. Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək. Noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Noyabrın 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bir tərəfdən havanın soyuması, başqa bir tərəfdən koronavirusun yayılması, üstəlik də, istiliyin verilməməsi həm valideynləri, həm də şagirdləri ciddi narahat edir.
Bakının 67 məktəbinə hansı səbəbdən hələ də istilik verilməyib? Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir. Təxminən 10 gün əvvəl “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 25 milyon manat borcu olduğu haqda rəsmi məlumat yayılmışdı.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent şöbəsinin müdiri Rafiq Əliyev isə bildirmişdi ki, qurumun “Azəriqaz” İstehsalat Birliyinə olan borcu əvvəlki illərdən qalan borc deyil: “Qazanxanalar isti su rejimində işlədiyindən bu borclar hər ay yaranır. Bizim əvvəlki illərdən borcumuz yoxdur. Borcların hamısı cari borclardır. Borcların ödənilməsi istiqamətində də ”Azəristiliktəchizat" tərəfindən bütün zəruri tədbirlər görülür”. R.Əliyev deyib ki, abonentlərin isti suya görə ”Azəristiliktəchizat"a borcu yoxdur: “Biz abonentlərdən borcu tam şəkildə yığırıq. Buna baxmayaraq ”Azəriqaz" İstehsalat Birliyinə borcumuzu tam ödəyə bilmirik".
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxladıq.
“Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Qarşı tərəf bildirməlidir ki, bu borcu niyə verə bilmirlər. ”Azəristiliktəchizat" tərəfindən 34 milyon borc ödənməlidir, onlar həmin borcun 14 milyonunu qəbul etmir, mübahisə predmeti kimi qəbul edirlər. Amma 20 milyonunu qəbul edirlər ki, bu da cari borclardır. Amma ödəmirlər. Ona görə də biz onlara noyabrın 14-nə kimi vaxt verdik, ayın 15-də mavi yanacağı verdik ki, qazanxanalara qaz verilsin. Amma bir həftə vaxt verdik ki, borc ödənilsin. Onlar bir həftə ərzində cüzi məbləğ ödədilər, sonra xahiş etdilər ki, bu müddət ayın 15-dək uzadılsın. “Azəriqaz” buna da razı oldu, 15-nə qədər vaxt uzadıldı. Bütün qazanxanalara mavi yanacaq verilməsi təmin olundu. O ki qaldı məktəblərdə istiliyin olmaması məsələsinə, bunun “Azəriqaz”a heç bir aidiyyəti yoxdur. “Azəriqaz” danışıqların nəticəsi olaraq hər yerə qazın verilişini təmin edir. Sadəcə olaraq, bəzi məktəblər, məsələn, birini misal çəkəcəyəm. Suraxanı rayonunda 182 saylı orta məktəbdən bizə müraciət etdilər. Direktor onlara bildirib ki, “”Azəriqaz" bizə qaz vermir deyə, qazanxanalar işləmir, məktəblər soyuqdur". Biz bu məsələni araşdırdıq, məlum oldu ki, bu, AMEA-nın tikdiyi binalardır, Təhsil Nazirliyinə verilir. Məktəblər də müvafiq sənədləri Təhsil Nazirliyinə təhvil verməlidir. Təhsil Nazirliyi “Azəriqaz” İstehsalat Birliyi ilə müqavilə bağlamalıdır. Düzdür, çox qısa zamanda həmin məktəbə qazın verilişi təmin olunacaq. Amma bəlli prosedur qaydaları var ki, məktəblər onu keçmirlər. Yenə də deyirəm, məktəblərdə istiliyin olmaması ilə bağlı “Azəriqaz” da heç bir problem yoxdur. Müqaviləsi olan bütün təhsil ocaqlarına mavi qaz verilir".
Məsələ ilə bağlı “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent şöbəsinin müdiri Rafiq Əliyevin də fikirlərini öyrəndik: “İlk olaraq onu deyim ki, borclarla əlaqədar heç bir qazanxananın qaz təchizatında məhdudiyyət tətbiq olunmur. Bu gün ”Azəristiliy"in 360 qazanxanasının hamısı işləyir. Heç birində də qaz təchizatında problem yoxdur. O ki qaldı məktəblərə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə də danışmışıq. Hər gün də əlaqə saxlayırıq. Bildirmişik ki, hansı məktəbdə istilik yoxdursa, bizə məlumat verin, yerində araşdıraq. Bizim də “Çağrı” Mərkəzimizə son günlərdə hər hansı məktəbdə istiliyin olmaması ilə bağlı heç bir müraciət gəlməyib. Amma onu da deyim ki, Bakıda məktəblərin hamısı bizdən istilik almır. Yalnız 133-ü istilik alır. Hamısının fərdi qazanxanaları var. Təhsil idarələrinin balansındadır. Yenə də deyirəm, bizə son günlər bununla bağlı müraciət daxil olmayıb".
Paylaş:
Müəllif : Fuad
Tarix:24-11-2021, 08:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər