Kişilərdə səsin dəyişməsi, xırıldaması xərçəngin – Əlaməti ola bilər
Ağciyər və qırtlaq xərçənginin əlamətlərindən biri səsdə dəyişmə, batma, xırıltılı ola bilər.
Medicina.az xəbər verir ki, bunu rusiyalı onkoloq Mixail Davıdov bildirib.
Həkim qeyd edib ki, bu simptom şiş qırtlaq sinirini sıxdığı üçün baş verir.
“Lakin bu əlamət artıq xəstəlik irəliləyəndə başlayır. Ondan öncə sinədə sıxılma, öskürək və s. yaranır.
Ona görə 50 yaşdan yuxarı kişinin səsinin dəyişdiyini ailə üzvü hiss edərsə, mütləq döş qəfəsi KT olunmalıdır. Eləcə də bunu kovid keçirib sağalan, lakin heç vaxt KT etdirməyənlər də etməlidir. Çünki kovid ağciyərlərdə fibroz yaradır və bu qalıqlar gələcəkdə problem yarada bilər.
Ağciyərlərdə xışıltı, quru öskürək, təngnəfəslik astma, bronxit, tromboemboliyada, vərəmdə də ola bilər. Amma indi ağciyər xərçəngi çox yayıldığı üçün bunu vaxtında aşkarlamaq mütləqdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2021, 21:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər