Sabah 40 dərəcə isti olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 25- də hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.
Rayonlarda iyunun 25-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
İyunun 25-26-da Abşeron yarımadasında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olsa da, mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da müsbət amildir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-06-2019, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-06-2019, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT