reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda "Omikron"a görə qapanmalara gediləcək? - "Ölüm sayı çoxdur"

reklam

Azərbaycanda "Omikron"a görə qapanmalara gediləcək? - "Ölüm sayı çoxdur"

















Azərbaycanın Baş naziri, COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə genişləndirilmiş iclas keçirilib.

İclasda "Omikron" ştammı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub, müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib. Sosial şəbəkələrdə Azərbaycanda yenidən qapanmalara gedilməsi mövzusu müzakirə olunur.

Bununla bağlı Cebhe.info-ya Milli Məclsin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva danışıb. O bildirib ki, yeni ştamm haqqında hələ geniş məlumat yoxdur:

"Virusun fəsadları, hansı sürətlə yayıldığı və hansı əlamətlərinin ola biləcəyi haqqında məlumatlar yoxdur. Düzdür, müxtəlif fikirlər irəli sürülür. Məsələn, deyilir ki, bu ştamm yüngül formadır, heç bir hərarətlə müşayət olunmur. Yoluxan şəxsdə yalnız baş ağrıları və yorğunluq halı olur. Bu da bir-iki günə keçir. Bunu Afrika səhiyyə sisteminin rəsmi şəxsi deyib. ÜST isə məlumatında bildirib ki, yeni mutasiyadır, hələ əlamətləri necədir bilinmir. Ona görə də öncədən qapanmalarla bağlı hansısa mülahizəni yürütmək olmaz".

Deputat bildirib ki, hələ Azərbaycanda sözügedən ştamma təsadüf olunmayıb:

"Qapanmaların olub-olmaması haqqında fikir yürütmək hələ tezdir. İndiki durum nəzarət altındadır. Yoluxmada rəqəmlər iki minə yaxındır, amma ölüm sayı bizi çox narahat edir. Çünki ölüm sayı yüksəkdir. İnsanlar ehtiyatı əldən verməməlidirlər. Qarşıdan Yeni il gəlir. Onlar hardasa toplaşmaq, bayram keçirmək istəyəcəklər. Nəzərə alsaq ki, yeni ştammın da gəlmə ehtimalı var, insanları ehtiyatı əldən verməməyə çağırıram".




Paylaş:


Müəllif : Tarix:
30-11-2021, 16:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər