DSX rəisinin yanında jurnalistə hücum – Elçin Quliyev Cahangirovu cəzalandıracaqmı?
Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, keçmiş jurnalist, müğənni Elnarənin həyat yoldaşı, mayor Rövşən Cahangirovun helikopter faciəsində həlak olmuş zabitlərlə vida mərasimində jurnalistə qarşı yol verdiyi nalayiq hərəkət cəzasız qala bilməz. Dünəndən sosial şəbəkələrdə və mediada onun nalayiq hərəkəti yüz dəfələlərə paylaşılıb, hüquq müdafiəçiləri, media ekspertləri, redaktorlar ona qarşı tədbir görülməsini tələb edir. Bu gün Azərbaycan Mətbuat Şurası da bu tələbə qoşulub və bəyanat yayıb. Hələ də DSX-dan səs-səmir yoxdur...
Əlbəttə, ictimai tələbə qarşı vecsizlik DSX-nın köhnə adətidir. İllərdir bu qurumdan informasiya almaq müşkülə dönüb.
Qaraheybətdə baş verən faciə ilə bağlı da cəmiyyətə qarşı saymazlıq, hörmətsizlik nümayiş etdirildi. Hadisədən 5.5 saat sonra - artıq şəhidlərin adları, soyadları, rütbələri sosial şəbəkələrdə və hətta xarici mediada dəqiq yazıldıqdan sonra DSX faciə ilə bağlı alayarımçıq açıqlama yaydı.
R.Cahangirov DSX-nın media ilə əlaqələrini kurasiya edir. Daha doğrusu, köntöy, qaba davranışları ilə bu mühüm dövlət qurumunun media ilə əlaqələrini bərbad hala salıb. Onun DSX rəisinin, digər yüksək vəzifəli şəxslərin yanında jurnalistin üstünə şığıması əslində DSX-nın mətbuata qarşı sual doğuran saymaz münasibətinə işıq salır. Ortada öz məsuliyyətini dərk etməyən, işi-gücü özünü rəislərinin gözünə soxmaq olan Cahangirov faktoru var.
Bu nalayiq hadisənin şəhidlərlə vida mərasimində baş verməsi, əlbəttə, dərin təəssüf doğurur, media ilə bərabər ictimaiyyətə, elə şəhidlərimizin ruhuna qarşı hörmətsizlikdir. Təəssüf ki, Cahangirovun qoçuluğu yeganə hal olmadı, mərasimdə DSX tərəfindən şəhid ailələrinə qarşı da səhvə yol verilib. Belə ki, mərasimdən sonra DSX rəhbərləri özlərinin bahalı və qara şüşəli avtomobillərinə əyləşib, II Şəhidlər Xiyabanına doğru istiqamət alsalar da, şəhid ailələri ağlaya-ağlaya yolda qalıblar. Yəni DSX tərəfindən onların dəfn yerinə aparılması üçün nəqliyyatın təşkili məsələsi həll edilməyib.
Jurnalistin üzərinə hücum çəkən R.Cahangirovun iti gözləri rəisiləri çəkən kameranı görsə də, nədənsə bu rüsvayçılığı görə bilməyib. Görünür, qulluğunda durduğu generalları sonadək kameraların obyektindən qorumaqda israrlı olub... "AzPolitika.info"
Paylaş:
Müəllif : Fuad
Tarix:2-12-2021, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər