reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Azərbaycana yeni dələduzluq metodu gəlib” - Ekspert

reklam

“Azərbaycana yeni dələduzluq metodu gəlib” - Ekspert




“Azərbaycanda yeni bir dələduzluq metodu var. Əslində dünyada yeni deyil, illərdir var amma müşahidələrim və aşkarladığım hadisələr göstərir ki, bizim bazarda bu metod artmağa başlayıb”. Bu barədə ekspert Fərid Pərdəşünas öz “Facebook” profilində yazıb.

O bildirib ki, xüsusən Facebook qruplarında açıq bazar gedir.

“Bəzi işbazlar və telefon satıcıları xaricdən gələn telefonların ucuz qiymətə IMEI qeydiyyatını aparırlar. Bu birbaşa IMEI klonlaması vasitəsilə həyata keçirilir. Əslində hazırda əlinizdə olan cihaz klonlanmış bir IMEI koduna da sahib ola bilər. Bu metodla işbazlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticə necə olur? Əgər siz klonlanmış bir cihaz daşıyıcısınızsa bu sizin üçün real təhlükəlidir.

IMEI qeydiyyatlaırnı dövlətlər aparır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının həyata keçirilməsi üçün cihazın kimlik kartı hesab edilir. Çalışın bu kodu başqaları ilə bölüşməyin. Azərbaycanda cihazlarınızın qeydiyyatını və yoxlanışını imei(az) saytı vasitəsilə həyata keçirə bilərsiniz”, – deyə ekspert qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
2-12-2021, 22:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər