Əsgərlərimiz separatçıların “bayrağı”yla ÇƏKMƏLƏRİNİ SİLDİ - Qırmızı Bazardakı insidentin səbəbi bəlli olur
Davamlı olaraq Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ətrafında gərginlik yaşanır. İki gün öncə ermənilər təxribata əl ataraq, möqvelərimizi atəşə tutmuşdular.
Əldə etdiyimiz məlumatlardan belə məlum olur ki, buna səbəb qəsəbədə qondarma “DQR”in əski parçasının asılması olub. Belə ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, erməni tərəfi həmin əski parçasını dirəkdən götürmək istəməyib. İki gün öncə hərbçilərimiz yenidən xəbərdarlıq edib, ardından isə bildiriblər ki, əks təqdirdə oradan zorla götürüləcək. Lakin ermənilər yenə də buna məhəl qoymayıblar. Üstəlik, Azərbaycan Ordusunun mövqelərinə atəş açıblar.
Qeyd edək ki, analoji hadisə həmin gün axşam saatlarında baş verib. Bu dəfə də ermənilər dinbc durmayaraq, atəş açıblar. Azərbaycan hərbçiləri düşmən təxribatının qarşısını almaq məqsədi ilə cavab tədbirləri görüblər. Nəticədə, ermənilər postlarını qoyaraq, qaçıblar.
Maraqlı detal ondan ibarətdir ki, Azərbaycan əsgərləri dirəkdən asılmış əski parçasını çıxararaq, əvvəlcə çəkmələrini siliblər, daha sonra isə hərbi hissənin həyətindəki zibil qabına atıblar.
Dünən günorta saatlarında baş verən insidentin də bu olayla bağlılığı olduğu deyilir. JAMAZ.İNFO-ya verilən məlumata görə, Xocavənd rayonunun Çərkdar kəndində yaşayan 1956-cı il təvəllüdlü Seyran Sarkisyan postda dayanmış əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib. Bu zaman o, bıçaqdan istifadə etməyə çalışsa da, əsgərimiz ayıq tərpənərək, onu zərərsizləşdirməyə nail olub.
Məlumatlara görə, Sarkisyan əvvəlcə özünü naxırçı kimi təqdim edib və inəklərini itirdiyini deyib. Onları axtardığını bildirib və bu minvalla da əsgərimizə yaxınlaşmağa çalışıb. Hərbi qulluqçumuz isə ərazidə heyvan görmədiyini, ondan isə uzaqlaşmağını tələb edib. Lakin erməni təxribatçı bir qədər də ona yaxınlaşaraq, hücum etmək üçün əlverişli imkan qazanmağa çalışıb. Bunu başa düşən Ordumuzun nümayəndəsi havaya xəbərdarlıq atəşi açıb. Bu zaman Seyran Sarkisyan qəfil hücum edərək, əsgərimizin əlindən silahını almağa çalışıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Seyran Sarkisyan I Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb. Bundan başqa, o, vaxtıyla separatçıların Xocavənddəki əsas adamlarından biri hesab olunub. Əsgərimizə hücum etməsinin səbəbi isə hadisədən bir gün əvvəl Qırımızı Bazar qəsəbəsindəki əski parçasının çıxarılması və əsgərlərimizin onunla çəkmələrini silməsi olub. Görünür, əsgərlərimizin bu haqlı işi Sarkisyanın “çesti”nə dəyib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Xocavənd rayonunda baş verən hadisə düşmənin növbəti təxribatı olub və hərbçimiz təxribatın qarşısını alarkən, erməni təxribatçını zərərsizləşdirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2021, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər