İnfeksionist Omicronun məlum olan XÜSUSİYYƏTLƏRİNİ AÇIQLADI
"Omicron ilk dəfə noyabrın 9-da Cənubi Afrika Respublikasında aşkarlanıb. Noyabrın 24-də həmin ərazi üzrə sürətlə yayılaraq, 3 dominant variantdan birinə çevrilib".
Bu sözləri infeksionist Nicat Əzimli deyib.
O bildirib ki, bu variantla bağlı əsas narahatlıq doğuran məqam Omicronun müxtəlif proteinlərində çox sayda (80-dən çox) mutasiya etmiş hissələrin olmasıdır:
“Bunların 32 ədədi virusun önəmli hissəciyi olan spayk proteininin üzərindədir. Bu da özlüyündə xəstəliyin yoluxma sürətinin artmasına səbəb olub, digər xüsusiyyət dəyişikliklərinə də yol aça bilər”.
İnfeksionistin sözlərinə görə, yeni ştama yoluxmuş şəxslərdə xəstəliyin gedişatı yüngülləşə və ya əksinə ağırlaşa bilər:
“Hətta peyvəndlərin və orqanizmdəki immunitetin təsirini də azala bilər. Hələlik dəqiq bilinəni budur ki, Omicron sürətlə yayılma xüsusiyyətinə malikdir. Digər saydığımız xüsusiyyətlər haqqında isə yetkin statistik məlumatlar formalaşmayıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2021, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər