Gəncin eqosu həbsinə səbəb oldu: Çiyin vurmaq ölümlə nəticələndi - VİDEO
Oxu.Az 2020-ci ildə baş vermiş cinayət hadisəsinin istintaq materialları əsasında hazırlanmış materialı təqdim edir:
Həmin il yanvarın 5-də Kliniki Tibbi Mərkəzdən Binəqədi Rayon Polis İdarəsinə bıçaq yarası ilə daxil olan və dünyasını dəyişən Anar Tağıyev barəsində məlumat verilib.
Araşdırma zamanı məlum olub ki, hadisə Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında baş verib.Binəqədi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başladılıb.
Hadisədən iki gün sonra Bakı şəhər sakinləri Vüqar Babayev və Orxan Binnətov prokurorluğa gələrək, təslim olublar. Ayın 8-də İlkin Xəlilli saxlanılıb.
İş üzrə dindirilmiş Vüqar Babayev bildirib ki, yanvarın 4-ü saat 22:00 radələrində məhəllədə yaşayan dostları Orxan və İlkinlə ayrıldıqdan bir-iki dəqiqə sonra səs-küy eşidib, geri dönüb.
Qayıdanda bilib ki, Orxan tanımadığı şəxslə çiyin-çiyinə dəyib və buna görə mübahisə başlayıb.
Bayram günləri olduğundan səbirli olmasını, hər kəsin çıxıb, öz evinə getməsini məsləhət görsə də, Anar əsas yola çıxmaqlarını və orada söhbətlərini davam etmələrini bildirib.
Telefonla kiməsə zəng edərək ucadan “qayıt geri, söhbətim düşüb” deyib.
Ağ rəngli “Hyundai” markalı avtomobil gələn kimi, Anar qabaq oturacağa əyləşib, Orxandan avtomobilə oturmasını tələb edib. Dostu sağ arxa qapını açıb, əyləşib, bu zaman İlkin onların iki nəfər olduğunu və heç yerə getməməsini bildirib. Orxan fikirləşib, tez avtomobili tərk edib. Anar və sükan arxasında olan şəxslər də avtomobildən çıxaraq, Orxanın üzərinə gediblər. Yumruq zərbələri vurub, onu yerə yıxıblar.
Vüqar Babayevin sözlərinə görə, qaranlıq olduğundan sanki Anarın əlində hansısa əşyanı görüb və bu səbəbdən bıçaqla ayağına bir zərbə vurub ki, ondan aralansın. Sonra qarşısına çıxan Ziyada da xəsarət yetirib.
Hadisədən iki gün sonra dayısı oğluna zəng edəndə, qohumu davada xəsarət alan Anarın öldüyünü və polis əməkdaşlarının onları axtardığını deyib. Buna görə də Orxana zəng edib və birlikdə könüllü rayon prokurorluğuna gedib, təslim olublar.
Təqsirləndirilən Orxan Binnətov bildirib ki, hadisə yerindən qaçdıqdan sonra atası ağır xəstə olduğundan, qorxudan evə getməyib. İki gün sonra evlə əlaqə saxlayanda bıçaqlanan şəxsin öldüyünü və polislərin onu axtardığını öyrənib.
2020-ci il aprelin 10-da Orxan Binnətov və İlkin Xəlillinin barələrində seçilmiş həbs tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərin ağır cəzalandırılmasını xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Binnətov və İlkin Xəlilliyə 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Vüqar Babayev isə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
Paylaş:
Müəllif : Fuad
Tarix:4-12-2021, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər