“Ermənilər Brüsselə təxribatsız getmək istəmir...”
Soçi görüşündən sonra Azərbaycan və Ermənistanın sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması ilə bağlı razılaşmaların elan olunacağı gözlənilsə də bölgədə vəziyyət yenidən mürəkkəbləşib. Ermənistanın Təhlükəszilik Şurasının katibi Armen Qriqoryan Moskvada işçi qrupun görüşünü yarımçıq tərk edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Stokholmda erməni həmkarı ilə görüşdən imtina edib.Qarşıda İlham Əliyev Paşinyanın 15 dekabrda Brüsseldə bir araya gələcəyi gözlənilir. Bu görüşə 10 gün qalmış münasibətlərin yenidən gərin atmosferə girməsi nədən xəbər verir?
Ekspert İlham İsmayıl bildirir ki, Brüssel görüşünün protokol xarakteri daşıyacağı əksər siyasi şərhlərdə öz əksini tapmışdı və demək olar, siyasi dairələrdə, Azərbaycan və Ermənistan cəmiyyətlərində 15 dekabrdan xüsusi gözləntilərin olmayacağı barədə rəy formalaşırdı: "Doğrudanmı dünya siyasətinə təsir imkanları olan Avropa İttifaqı bu görüşdə hər iki tərəfi maraqlandıra biləcək yeni təkliflər irəli sürməyəcək? Deyə bilərsiniz ki, tərəflərin mənafeləri bir-birinə qarşı olduğu halda onları razı sala biləcək hansı təşəbbüslə çıxış etmək olar? Soçi görüşünün konkret olaraq problemin həllinə töhvə vermədiyini, daha çox Moskvanın rolunun əvəzolunmazlığına hesablandığını hamı kimi Qərb də gördü.
Məhz elə buna görə Avropa Şurasının prezidenti Şarl Mişel Soçi görüşündən sonra, 15 dekabr öncəsi bildirib ki, “regionda uzanan münaqişələr fundamental problem olaraq qalır və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq əlavə səylər tələb edir”.
Azərbaycan-Ermənistan münasibətlərində “əlavə səylər”nə ola bilər və Brüssel Kreml qarşısında sönük duruma düşməmək üçün fərqli, cəlbedici təkliflərlə çıxış edə bilərmi? Avropa Şurası prezidentinin dediyi “beynəlxalq hüququn normaları və prinsipləri” Azərbaycanın tərəfindədir. Ermənilər isə burada həmişə “müqəddaratı təyinetmə” prinsipini önə çəkməyə cəhd edirlər, amma hər kəsə məlumdur ki, ərazi bütövlüyü prinsipi öndə gəlir və prioritetdir".
Ekspert qeyd edir ki, mövcud vəziyyəti Ermənistan da bir növ qəbullansa da, sonadək razılaşmadığı ən azı XİN rəhbəri Ararat Mirzoyanın Stokholm çıxışında özünü göstərdi. Onun sözlərinə görə, nazir Soçi görüşündən sonra yenə Minsk Qrupunun alternativi olmadığını qeyd etdi və həmsədrlərin vasitəçliyi ilə tərəflər arasında danışıqların davam etməsini vurğuladı.
"Bu mövqe Stokholm iştirakçılarının çıxışlarında rezonans doğurmadı və Azərbaycanın maraqlarına əks olan mövqe səslənmədi. O zaman ermənilərin ənənəvi metodlarına -təxribata əl atacaqları gözlənilən idi və artıq demək olar ki, ilk addım atılıb", ekspert vurğulayıb.
İ.İsmayıl hesab edir ki, həm Brüssel görüşünə, həm də dekabrın 9-10-da Baydenin təşəbbüsü ilə çağrılan Demokratiya sammitinə ermənilər əliboş, yəni təxribatsız getmək istəmirlər:"Sammitə biz dəvət olunmamışıq, amma Ermənistan iştirak edəcək və bu fürsətdən yararlanıb Azərbaycanın ünvanına ittihamlar irəli sürəcəklər. Artıq təxribatlar başlayıb. Xocavənd sakininin hərbiçilərimizə qarşı hərəkəti, onu tərksilah etməyə cəhd etməsi, sonunda erməninin zərərsizləşdirilməsi ilə başa çatıb. İndi bütün erməni təbliğatı ona yönəlib ki, azərbaycanlılarla birgəyaşayış mümkün deyil və bu təbliğat Demokratiya sammitində də davam edəcək. Bu sammitdə hansısa dövlətin bizi müdafiə edəcəyi çətin görünür".
Təhlükəsizlik eksperti deyir ki, əleyhimizə işləyəcək başqa təxribat nümunələrini bu ərəfədə yalnız Qarabağda və sərhəddə deyil, təəssüf ki, elə Azərbaycanda baş verə biləcək neqativ hallarla da zənginləşdirməyə çalışacaqlar: "Artıq erməni mediası iki gündür ki, jurnalistlə Sərhəd Xidməti görəvlisi arasında olan insidentdən, xüsusilə isə Tofiq Yaqublu ilə baş verən hadisədən fotolar və informasiyalar verirlər. Erməni təxribatının leytmotivi gələcək birgəşayaşın qeyri-mümkünlüyünü sübut etməkdir və fakt olaraq da qeyd olunan xoşagəlməz hadisələri nümunə göstərib, vətəndaşlara bu cür münasibət göstərən dövlətdə yaşamağın qeyri-mümkünlüyünü nümayiş etdirməkdir.
Hələ qarşıda 10 gün var və ermənilərin sərhəddə, Qarabağda törədə biləcək təxribatlarından, o cümlədən bizim bəzi məmurların məsuliyyətsizliyi ucbatından baş verə biləcək hərəkətlərindən sığortalanmamışıq. Həssas məqamdır, maksimum çalışılmalıdır ki, ölkənin reputasiyasına zərər verə biləcək hərəkətlərə yol verilməsin. Baş vermiş qanunsuz hərəkətlərin təşkilatçıları və icraçıları qısa müddət ərzində müəyyənləşib cəzalandırılmalıdırlar. ABŞ- da da polisin vətəndaşı yerə yıxıb boğması və öldürməsi hadisəsi oldu, amma orda polis cəzalandırıldı. Burada da hadisəni törədənlər cəza almalıdırlar ki, Brüsseldə gözlənilən təxribatlara cavab olaraq hadisəni törədənlərin cəzalandırıldığı elan olunsun".
Azpolitika.info
Paylaş:
Müəllif : Fuad
Tarix:5-12-2021, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər