reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu təhsil ocağında əməlli-başlı BAZAR AÇIBLAR... - İTTİHAM

reklam

Bu təhsil ocağında əməlli-başlı BAZAR AÇIBLAR... - İTTİHAM


Bu ilin oktyabr ayında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 17 orta ixtisas təhsil müəssisəsi publik hüquqi şəxs statusu aldı. O cümlədən, Ağdam Musiqi Kollecinin də publik hüquqi şəxsə çevrilmə şəklində yenidən təşkili ilə əlaqədar Nazirlər Kabinetinin Qərarı qəbul olunub.

Haqlı sual meydana çıxır: Təşkilati-hüquqi formanın dəyişilməsi ilə nə dəyişəcək? Ağdam Musiqi Kollecinə gəlincə, burada ən əhəmiyyətli dəyişiklik direktor Rafael Musayevin rəhbər vəzifədən kənarlaşdırılması olardı. Ən əvvəl ona görə ki, adam pensiya yaşlıdır, yerini cavan və perspektivli kadrlara təhvil verməlidir. İkinci, ən başlıca səbəb isə müəssisə əsas problemi olan korrupsiyadan qurtulardı. Bu yerdə xatırlatmağa dəyər ki, Rafael Musayev daha əvvəl Ağdam Musiqi Kollecində direktor müavini vəzifəsində işləyib və sələfi, qalmaqallı sabiq direktor Laura Ağayevanın rəvac verdiyi qanunsuzluqların, rüşvətxorluğun əsas icraçılarından olub. Onlar çiyin-çiyinə işlədikləri vaxt KİV kollecdəki mənzərəni belə təsvir edirdi: “Hamı rüşvətlə işləyir, rüşvətlə salam verir. Direktor kolleci alver obyekti edib. Kollecə qəbul olan tələbədən özünün müəyyən etdiyi qiyməti istəyir. Yalnız məbləği ödəyən abituriyentlər tələbə olur, məbləği ödəməyənlərin tələbə olmaq arzusu isə gözündə qalır. Qaydaya görə, hər semestrdə 450-550 manat rüşvət verməyən tələbə imtahandan keçmir və daha maraqlısı 700-800 manat pul verməyən tələbə diplom ala bilməz. Ən acınacaqlı hal isə tələbələrin onlardan tələb olunan pulu toplaması üçün işləməsidir. Tələbələr Quzanlı qəsəbəsində fəaliyyət göstərən kafelərdə xidmətçi işləyirlər ki, özlərinə imtahan pulu yığsınlar”.

Doğrudur, Rafael Musayev sabiq direktorun əsas pulyığanı olsa da, Laura Ağayeva ona heç vaxt dərin inam bəsləməmişdi. Zaman göstərdi ki, düz də edibmiş. Bildirilir ki, 2018-ci ilin yayında bir ara sabiq direktorla sabiq müavinin arası möhkəm dəyibmiş . Bu, o vaxta təsadüf edib ki, Laura Ağayeva avtomobil qəzasına düşmüş, ilk əvvəl hətta öldü xəbəri yayılmışdı. Xoşbəxtlikdən bu xəbər yalan oldu və Laura Ağayeva salamat çıxdığı qəzanın şokundan özünə gələn kimi Rafael Musayev barəsində nə eşidibə, müavini ilə kollecdə az qala müharibəyə çıxıb. Həmin ərəfədə gəzən söhbətlərə görə, Rafael Musayev avtoqəza haqda bəd xəbərdən pərişan olmaq əvəzinə, əksinə, “iki daşın arasında” kollec direktoru kreslosunu əldən buraxmamaq üçün hərəkətə keçmiş və hətta “yuxarılarla” ilkin anlaşmaya da gedibmiş.








Rafael Musayev hələ işdən kənarlaşdırılan Laura Ağayevanı müvəqqəti əvəzlədiyi ilk vaxt rayon ictimaiyyətinin məsələyə münasibəti birmənalı olmadı. Təhsilin, Ağdamda musiqi sənətinin təəssübkeşləri olan tərəqqipərvər insanlar proqnoz Rafael Musayevi haqlı olaraq direktor vəzifəsinə ən uyğunsuz namizəd hesab edirdilər və deyirdilər ki, o, sabiq direktorun atasına rəhmət oxutduracaq. Təəssüf ki, həmin adamlar zənlərində yanılmadılar. İndi kollecdə əvvəlki problemlər qalmaqda və daha da vüsət almaqdadır. Maraqlıdır ki, Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Vaqif Həsənov da kollecdə hökm sürən özbaşınalıqdan məmnun kimi görünür. Hətta heç Vətən müharibəsində əldə olunan qələbə də kollecin tərəqqipərvər müəllimlərinə, inciyən tələbələrinə və onların valideynlərinə yetərincə təsəlli olmadı. Bir sözlə, Ağdam işğaldan azad olundu, Ağdam Musiqi Kolleci isə Rafael Musayevin əsarətindən qurtulmadı.

Qeyd edək ki,Rafael Musayev bahalı maşın ev və nömrə xəstəsidir. Onun mobil telefonunun son rəqəmləri 02-02, maşını 002 vəs. Rafael Musayevin gəlir mənbəyinin biri də verdiyi saxta arayışlardır.

Aldığımız məlumatlarda qeyd olunur ki, Rafael müəllim kollecdə o qədər maliyyə saxtakarlığı edib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yoxlama aparsa Musayevə yalnız həbsxananın qapısından başqa yol görünmür. Bu sahədə əlimizdə istənilən qədər məlumatlar olsa da jurnalist araşdırması aparmağa ehtiyac olduğundan məqalənin ardını sonraya saxladıq. Odur ki, bizi izləməyi unutmayın.

Deryaz.az




Paylaş:


Müəllif : Tarix:
10-12-2021, 10:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər