reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu tibbi arayışlar pullu olacaq - VİDEO

reklam

Bu tibbi arayışlar pullu olacaq - VİDEO











Bir sıra arayışlar sığorta hesabına pulsuz, bəziləri isə ödənişli olacaq.

Bu barədə “Xəzər Xəbər”ə İcbari Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Səbinə Quliyeva münasibət bildirib.

Belə ki, bundan sonra bəzi arayışlara görə rüsum ödəniləcək.

Rüsumların məbləği İcbari Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırda müəyyənləşdirilir.

İki ilə yaxın müddətdir ki, tətbiq edilən və 2 500-dən çox ödənişsiz xidməti özündə ehtiva edən Xidmətlər Zərfinə bir çox arayışların verilməsi də daxil ediləcək. Gələcəkdə Xidmətlər Zərfi çərçivəsində verilən arayışların sayı artırılacaq.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından etibarən Azərbaycanda Nazirlər Kabineti tərəfindən Xidmətlər Zərfi təsdiq edilib. Həmin zərfə daxil olan tibbi xidmətlər tam ödənişsiz həyata keçirilir. Arayışlar haqqında məlumat da məhz bu zərfə daxil edilib.




Paylaş:


Müəllif : Tarix:
10-12-2021, 11:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər