Əmək miqrasiyası kvotasına dəyişiklik ediləcək
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib. O, ölkəmizin əmək bazarında müsbət meyillərin davamlı xarakter aldığını, dayanıqlı inkişaf proseslərinin xarici əməkçi miqrantları üçün cəlbedici olduğunu bildirib.
Ölkəmizdə ixtisaslı işçi qüvvəsinə tələbatın əsasən yerli ehtiyatlar hesabına təmin edildiyini vurğulayan S.Babayev qeyd edib ki, hər il olduğu kimi növbəti il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər hazırlanıb. Bu təkliflərin hazırlanması zamanı ölkəmizdə işçi qüvvəsinə dair ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi, müvafiq iş sahələrinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsas götürülür.
Nazir həmçinin bu təkliflərin respublikadakı demoqrafik inkişaf, ölkənin əmək ehtiyatları və əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı təhlillər əsasında hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, növbəti il üçün kvota təklifi müəyyənləşdirilərkən vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir.
İclasda 2021-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik edilməsi və 2022-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər müzakirə olunub. Təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-12-2021, 19:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər