reklam
Regionxeberlericom.az » Cəmiyyət » Küçəyə atılmış Ucarlı qadın dövlət sığınacağına yerləşdirildi - Foto-Video

reklam

Küçəyə atılmış Ucarlı qadın dövlət sığınacağına yerləşdirildi - Foto-Video

Bakı şəhərində küçədə qalan fiziki məhdudiyyətli qadın Ucar rayon sakini Əsgərzadə Məlahət Məmmədhəsən qızı sığınacağa yerləşdirilib.

RegionXəbərləri.com xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz “Facebook” hesabında paylaşıb.

Mehriban Zeynalova öz sığınacağında xüsusi tibb bacısı və texniki işçi olmadığından xanım üçün Dövlət qurumlarına müraciət edib. 

Məsələ Sosial Xidmət Agentliyi tərəfindən operativ şəkildə həll edilib. Yaşlı qadın sığınacağa yerləşdirilib.

“Əziz dostlar yaşlı ağbirçək xanım şükürlər olsun ki, dövlət sığınacağına yerləşdirildi.

Məsələni bu qədər tez, operativ həll etdiyinə görə Vüqar Behbudova, Sosial Xidmət Agetntliyinə, eləcə də saatlarca ağbirçəyin nazını çəkən, övladlarının etmədiyi qayğını ona göstərən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşlarına təşəkkür edirik.

Ağbirçəyin övladlarına isə deməyə heç bir sözümüz yoxdur!” – deyə o qeyd edib.

Qeyd edək ki, Ucar rayon sakini olan Əsgərzadə Məlahət Məmmədhəsən qızı əvvəllər dələduzluğa görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb.İki oğlu olan Məlahət Əsgərzadə bir neçə ildir ki, Bakı şəhərində yaşayır.Ucarda onu falçı Məlahət kimi tanıyırlar.





Paylaş:


Müəllif : Tarix:
11-12-2021, 08:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər