Qazaxda Müəllimlər Seminariyasının Təmiri – Qazaxlıların Baş Bəlasına Çevrildi
Qazax rayon mərkəzində neçə ay bundan əvvəl uzaqdan nəzərə çarpacaq dərəcədə böyuk bir ağ çətir qurulmuşdur. Hamının marağına səbəb olan bu ağ çətirin altına ziyalılar yığışaraq Hacı İbrahim Ağanın tikdirdiyi Müəllimlər seminariyasının təmir – tikinti işlərinin aparılması qərarına gəldilər. Biz qazaxlılar sevindik ki, bu təhsil ocağı rayonumuza yeni bir abu-hava gətirəcək. Lakin sevincimiz uzun sürmədi. Sən demə bu ağ çətir altında bizim qara günümüzə imza atılırmış. Reallıq budur ki, hal – hazırda bu seminariyanın tikilməsi bizi öz doğma evimizdən, atamızın yurdundan çıxmaq məcburiyəti ilə üz-üzə qoyub . Qışın bu çağında tikinti şirkətinin əməkdaşları hər gün qapımızı döyüb onların təkliflərini qəbul etməyimizi tələb edirlər. “Onsuz da evləriniz və obyektləriniz plana düşüb bura sökülməlidir ora sökülməlidir, razılaşmaqdan başqa yolunuz yoxdur “ – deyirlər. Biz etiraz edəndə ki, bizim evlərin seminariyaya nə aidiyyatı var, bildirirlər ki, burda ADA universiteti tikiləcək. Biz başa düşə bilmirik ki, niyə ADA universiteti məhz bizim evlərin və obyektlərin yerində tikilməlidir. Bu seminariyanın tikintisi deyəsən hələ çox çıraları söndürəcək. Seminariya ilə üzbəüz olan və sağında solunda nə varsa hamısı seminariyaya qurban gedəcək. Müəllimlər Seminariyası sanki azğın bir əjdaha kimi ətrafında nə varsa udacağı planıyla insanların üzərinə gedir, təbii ki, həzm edə bilməyəcək. Çünki insanlarının haqqını və hüququnu tapdalamaqla yeyib böyüyən əjdaha sonunda qan qusacağı indidən bəllidir. Belə davam etsə Qazaxlıların yaddaşında müəllimlər seminariyasının təmir bərpası dövrü haramçılıqla insanların haqqını ayaq altına salınan, qanlı qadalı günlər kimi xatırlanacaq. Sizin silahınız puldur, inzibati resurslardır, qazaxlıların silahı isə təfəkkürdür və susmuş qələmdir. Sizin bütün əməllərinizi bundan sonra təfəkkürümüzlə analiz edib qələmimizlə cəmiyyətə çatdıracağıq. Rayonda problemlər çoxdur. Hamısı işıq üzü görməlidir. Əsl xeyriyyəçiliyin ünvanlarını sizə bir bir göstərəcəyik.
Evini zorla, ucuz qiymətə almaq istədiyiniz ev sahiblərindən Maya xanım adlı birisi sizlərin əməllərinə etraz edən zaman özündən getdiyini və icra hakimiyyətinin binasından təcili yardımla aparıldığını bütün rayona yayıldı. Küçədə ev sahiblərinin sizə söyünc söydüyü və sizin işğalçılıq niyyətinizə etirazları bütün küçəylə bir idi. Bu seminariya təmir etmək olmadı bu işğalçılıq strategiyası oldu. Budurmu sizlərin qazaxlılar üçün etdiyiniz xeyriyyəçilik?
Müəllimlər Seminariyasının tikintidə işləyən fəhlələrin pulu verilmir və ya aylarla gecikdirilir. Tez-tez toplaşıb etraz edən fəhlələrin əks sədası bütün Qazaxa və M. Musayevin doğulub boya başa çatdığı Şıxlı kəndinə qədər getmişdir. İmperiyanızı və Biznes imkanlarınızı genişlədirirsiz öz işinizdir. Barı bunu halalıqla etmək o qədərmi çətindir. Yoxsa bu sizin iş üslubunuzdu? Ziyalı və xeyriyyəçi külünü qazaxlıların gözünə üfürməklə aldada bilməzsiniz. Bu hərəkətlər bazar alverçiliyini xatırladır!
Qazaxda universitetet tikmək üçün doğrudanmı başqa yer yoxdur? Işə başlamazdan əvvəl seminariya təmir və bərpa olunur dedilər. Sonra ADA universitetinin söhbəti meydana çıxdı. Tikinti şirkətinin əməkdaşları bildirir ki, bu işin arxasında Hafiz Paşayev durur. Hafiz Paşayevin işlərini isə Məmməd Musayev yerinə yetirir. Biz də Məmməd Musayevin tapşırığını yerinə yetiririk. Əslən Qazaxın I Şıxlı kəndindən olan M. Musayevi qazaxlılar yaxşı tanıyır. Onun xeyriyyəçiliyinə də yaxşı bələddir. Illər öncə Qazax stadionunu təmir etdirmək niyyətilə oranın tikinti materiallarından istifadə edərək Ağstafanın Ceyrançöl ərazisində yataq tikdirmişdi. Qazaxda uzun müddət bunun söhbəti getdi. M. Musayev idmançıların, yerli əhalinin qınaq mənbəyinə çevrildi. Bəllidir ki, M. Musayevin xeyriyyəçiik niyyətinin arxasında həmişə şəxsi mənafei durur. Seminariyanın tikintisinin başında da M. Musayevin durması bir daha onu subut edir ki, o, Qazaxa şəxsi maraqlarının arxasınca gəlib. Qazaxın ən çətin dövründə biz qazaxlılar M. Müsayevi heç yanımızda görmədik. Qazaxda isə çətin illər çox olub. Qazaxda çörək, un tapılmayan vaxtlar var idi. Onda niyə M, Musayev gəlib əhalinin halına yanmırdı? Çörək Bakidan vaqonlarda kisələrdə gəlirdi. Niyə xeyriyyəçi M. Musayev bir çörək zavodu tikdirib əhalinin çörəyə olan tələbatını ödəmirdi? Uşaqlarımız qəzalı vəziyyətdə olan məktəblərdə oxuyanda niyə təşəbbüs qaldırıb o məktəbləri təmir bərpa etdirmirdi ? M. Musayev belə imkanlı xeyriyyəçi, ziyalı, vətənpərvərdirsə niyə Azərbaycanın görkəmli, tanınmış ziyalısı, yazıcı İsmayıl Şıxlının doğma Şıxlı kəndində ev muzeyini tikdirmir.
Bu gün respublikada bütün diqqət və qayğı şəhid ailələrinə yönəldilib. 44 günlük muharibədə Qazax rayonundan 50 nəfər igid Azərbaycan oğulları canından, qanından keçib şəhidlik zirvəsinə ucaldılar. Bu 44 gündə hər gün Qazaxa şəhid cənazələri gəlirdi, insan axını şəhidlər xiyabanına üz tuturdu. Qazax matəm içində idi. Məmməd Musayev onda harda idi ? Məmməd Musavev niyə heç bir şəhidin dəfn mərasimində iştirak etmədi. Bu onun bir azərbaycanlı, qazaxlı kimi borcu deyildimi ? Məmməd Musayev hələ bir şəhid ailəsinin qapısını döyüb dərdinə şərik olmayıb. Bu gün Qazaxda şəhidlərin adına tikilən bulaqlar şəhid valideynlərinin öz şəxsi vəsaitləri ilə tikilir. Xeyriyyəçi M.Musayev niyə heç olmasa şəhidlərin birinin adına bulaq tikdirmir. Niyə belı dərddən bükülmüş şəhid atasının, yeganə oğlunu, varisini itirmiş şəhid anasının qapısını döyüb halını soruşmur ? Niyə ata qayğısından, ata sığalından məhrum şəhid övladını bağrına basıb saçına sığal çəkmir ? Niyə onların qayğıları, problemləri ilə maraqlanmır?
Hər yerdə olduğu kimi hal-hazırda Qazaxda da işsizlik baş alib gedir. M. Musayev xeyriyyəçidirsə Qazaxda bir iş yeri açsın, fabrik və zavob tikdirsin işsizlərə çörək versin. Heç bir yerdə işləməyən pensiya yaşına çatmayan, pensiyası kəsilən insanlara dəstək üçün layihələr həyata keçirsin. Qazilərə, müharibə veteranlarına torpaq uğrunda qolu, ayağı kəsilən, gözü görməyən igidlərə yardım etsin. Az təminatlı ailələrin mağazalara, apteklərə, olan borclarını, həmçinin qazın, işığın pulunu ödəyə bilməyənlərin komunal borclarını bağlatdırsın.
Məmməd Musayev xeyriyyəçilik adı altında qazaxlıların gözündən pərdə asa bilməyəcək . Bu gün Hafiz Paşayevə sığınaraq onun adından istifadə edib öz biznesini qurur. Hafiz Paşayev kimi hörmətli bir ziyalının da adına ləkə gətirir, nüfuzuna zərər verir. Əgər bir işi səliqə səhmanla, nizam intizamla yəni ki hər kəsi razı salaraq apara bilmirsənsə və ya buna imkanın yoxdursa onda bu işə əl qoymağın mənası nə?
Bu gün qazaxlılar “ görəsən indi M. Musayevin planına Qazaxın hansı hissəsi düşəçək ” - deyə fikirləşir. Qazaxda söz – söhbət bitib tükənmir. M. Musayev özünü H. Paşayevin etibarlı dostu, Mehriban Əliyevanın yaxın adamı kimi təqdim edir. “H. Paşayev isdəsə bütün Qazaxı alar “ – deyərək bizi evimizi dəyər dəyməzinə, M. Musaveyin qoyduğu qiymətə satmaq üçün razılaşmağa məcbur edir. “Səsinizi çıxartmayın, heç yerə müraciət etməyin, mənim arxam möhkəmdir” – deyib bizi hədələyir. Bizim eldə ağsaqqala həmişə dəyər, hörmət verilib. Biz necə səsimizi çıxarmayaq ki, ağsaqalımız öz evini qoyub başqa yerə köçmək isdəmir. Evinin satılmasına razılıq vermir. Ailələrdə söz – söhbət, ailə münaqişələri yaranır. Qazax balaca rayondur neçə illərdir qonşuluq işlətdiyimiz, xeyirdə - şərdə bir araya gəldiyimiz, sevincli –dərdli günlərdə bir –birimizə arxa durduğumuz insanlar var. Yaşımızın bu çağında yurd dəyişmək neçə illik munasıbət qurduğumuz insanlardan ayrı düşmək asandırmı? M. Musayev özünü “yuxarıların adamı” kimi təqdim edib , məmurların da gözünü qorxudub. Öz vəsifəsindən qorxan məmurlar M. Musayevin qarşısında az qala diz çökəcəklər. Hansı məmurun üstünə gedirsən deyir - bizlik deyil. Tikinti şirkətinin işçiləri, rayondakı maklerlər qapımızdan çəkilmir. Biz evimizdə, isdi yuvamızda rahat oturmaq üçün kimə üz tutaq? Qazaxın taleyini nə vaxtdan M. Musayev həll edir. Biz axı hansı zəmanədə yaşayırıq?
Bu ağsaqqal yaşında M. Musayev insanların yurduna su salmaqdan, qarğışını götürməkdən qorxub, çəkinmirmi? Məmməd Musayevin bu haqsızlığını qazaxlılar unutmayacaq. Qazaxlılar əsl ziyalının, xeyriyyəçinin necə olduğunu yaxşı bilir. Seminariyanın tikintisi altında M. Musayevin qurduğu şəxsi biznes planı açıq aşıkar məlumdur. M. Musayevin işi Müəllimlər seminariyası təmir etdirmək deyil, bu biznes maraqları üçün ərazi genişləndirmək əməliyyatdır. Bizim evlərimizin və obyektlərimizin seminariyanın tikintisinə nə maneçiliyi var. Olmazdımı ki, seminariyaya aid olan ərazidə təmir və tikinti aparılsın. M. Musayev güya tarixi yaşadır. Elə isə seminariyada Firuddin bəy Köçərlinin, Səməd Vurğunun otağını niyə darmadağın etdirib. Dağıtmaqla, uçurmaqlamı bərpa olunur tarix? M. Musayev tutduğu vəzifədən, maddi imkanından aslı olmayaraq bilsin ki, doğulub, boya – başa çatdığı Qazax torpağı ona qənim olacaq, bu torpaq onu götürməyəcək. Narahat etdiyi insanların, öz gor qonşusundan uzaq salmaq istədiyi qocaların,viran qoyduğu evlərin ah- naləsi onu tutacaq.
Qazax sahibsiz ola bilər lakin Azərbaycan sahibsiz deyil. Bu məsələ Prezidentə gedib çatacaq. Dəmir yumruq öz işini görəcək. İnanırıq ki, cənab Prezident İlham Əliyev bu məsələyə öz siyasi qiymətini verəcəkdir!
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2021, 08:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər