reklam
Regionxeberlericom.az » Cəmiyyət » Gəncədə sərnişinlərə TƏHLÜKƏLİ XİDMƏT - İDDİA

reklam

Gəncədə sərnişinlərə TƏHLÜKƏLİ XİDMƏT - İDDİA


Nəqliyyat vasitələrinə və qoşqulara dövlət texniki baxışı Azərbaycan Respublikası DİN BDYPİ-nin ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələri, müayinə mərkəzləri tərəfindən keçirilir. Texniki baxışın keçirilməsində vətəndaşların rahatlığının təmin olunması məqsədi ilə nəqliyyat vasitəsi qeydiyyat yerindən asılı olmayaraq vətəndaşın müraciətinə əsasən aşağıda ünvanları qeyd olunan istənilən regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində və ya DİN BDYPİ-nin Müayinə Mərkəzlərində texniki baxışa təqdim oluna bilər.Amma “Simurq” kompaniyasının rəhbərliyi isə lazımı strukurlarla separat danışığa getdiyindən Gəncədə sərnişindaşımaya cəlb etdikləri avtobusları kütləvi surətdə texniki müayinələrdən keçirmirlər.Bu hal öz-özlüyündə sürücü və sərnişinlərin həyatını təhlükəyə atmaq deyilmi?

Dünyanınsəsi.Az-a Gəncə şəhərində fəaliyyət göstərən “Simurq” kompaniyası ilə bağlı maraqlı informasiya daxil olub. Belə ki, “Simurq” rəhbərliyinin sürücüləri ağır şərtlər altında çalışdırdığına diqqət çəkən mənbə, sərnişindaşımaya cəlb edilən xəttlərdəki avtbusların heç birinin texniki müayinədə keçirlmədiyini də bildirib:

“Simurq” rəhbərliyi sürücülər üçün faktiki olaraq 16 saatlıq iş qrafiki formalaşdırıb ki, bu da hər şeydən öncə əmək qanunvericiliyə ziddir və işçilərin açıq-aşkar istismar edilməsi deməkdir. Belə ki, sürücülər gün boyu həddindən artıq işlədikləri və yorğun olduqları üçün nəqliyyat vasitəsini lazımi diqqətlə idarə edə bilmir, bəzi hallarda qəzalar törədir, özlərinin, habelə sərnişinlərin həyatını təhlükə qarşısında qoyurlar.

Gəncə şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişindaşımalarını yerinə yetirən avtobuslarla sərnişin daşıyan daşıyıcılara dair tələblər bu günə kimi müəyyənləşməyib.

Belə ki, daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir. Daşıyıcı sərnişin daşınmasında istismar etdiyi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı törədilmiş yol-nəqliyyat hadisələrinin, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından ibarət olan inzibati xətaların uçotunu aparmalıdır. Daşıyıcı sürücü kimi işə qəbul etdiyi hər bir şəxs üçün tibbi arayış tələb etməli və təkrar tibbi müayinədən keçməsinə nəzarət etməlidir.Yuxarıda qeyd etdiklərimizin heç birinə “Simurq” kompaniyasında riayət edilmir.

Marşurutların yeri satıldığı üçün sürücülər qaraja hər gün pul ödəmək məcburiyyətindədir. Bundan başqa, nəqliyyat vasitələrinin yanacaq təchizatı və təmiri də tamamilə sürücülərin boynundadır. Sürücülər nəqliyyat vasitələrinin yuyulmasını belə öz vəsaitləri hesabına həyata keçirirlər. Bu səbəbdən də bir çox hallarda sürücülər ağır iş günündən sonra evlərinə 5 manat aparmaq naminə nəqliyyat vasitəsini yuduzdurmur, nəticədə sərnişinlərə çirkli, natəmiz avtobuslarla xidmət göstərirlər.

Bir sözlə, bu gün “Simurq” kampaniyasının şefi Əflatun Əliyevin iş mexanizminin ciddi şəkildə təftişiə ehtiyac var. Belə bir təftiş bu sahədəki çoxlu sayda qanunsuzluqların aşkara çıxalrılmasını təmin etməklə yanaşı, sərnişinlərə nümunə xidmətin təmin edilməsi, onların, eləcə də sürücülərin təhlüksəizliyinin təmin edilməsi baxımından zəruridir”.

Redaksiya olaraq inaırıq ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəhbərliyi “Simurq” kompaniyasına məxsus olan sərnişindaşımaya cəlb edilmiş avtobusların kütləvi surətdə texniki müayinədən keçib-keçmədiyini araşdıraraq ictimaiətə açıqlama verəcəkdir.

Dünyanınsəsi.Az




Paylaş:


Müəllif : Tarix:
11-12-2021, 09:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər