reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sosial şəbəkələr demokratiya üçün təhlükə mənbələrindən birinə çevrilib” - Ərdoğan

reklam

“Sosial şəbəkələr demokratiya üçün təhlükə mənbələrindən birinə çevrilib” - Ərdoğan







Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əvvəlcə azadlıq simvolu sayılan sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadla xəbər verir.

"Əvvəlcə azadlıq simvolu adlandırılan sosial şəbəkələr bugünkü demokratiyanın əsas təhdid mənbələrindən birinə çevrilib. Sosial şəbəkələrə marağın artması ilə yalan və dezinformasiya axını da artır. Bu problem ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyindən kənara çıxaraq qlobal təhdid miqyasına çatıb”, - Ərdoğan İstanbulda informasiya texnologiyaları üzrə konfransın iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti dəqiq və qərəzsiz məlumat almaq hüququnu pozmadan vətəndaşları, xüsusən cəmiyyətin həssas təbəqələrini yalan və dezinformasiyadan qorumağa çalışır.




Paylaş:


Müəllif : Tarix:
11-12-2021, 21:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər