“Əli Həsənov düşüncə səviyyəsinə görə ondan daha hiyləgər olan yeni kuratorlardan geri qalırdı, deməli...” - Mehman Əliyev
Dekabrın 10-da “Media haqqında” yeni qanun layihəsi, ictimaiyyətlə razılaşdırılmadan Milli Məclisin komitələrində müzakirəyə çıxarılıb. Sənədin mətni ictimaiyyətə açıqlanmır - Media İnkişafı Agentliyinin (MEDİA) və Milli Məclisin saytlarında yer almır ki, bu da qanunsuzdur və müəyyən nəticələrə gəlmək üçün əsas verir. Nüfuzlu media nümayəndələrinin bu qanunun mətnini göstərmək tələbi də uğursuzluğa düçar olub.
Niyə qanunvericiliyə zidd olaraq bu qanun layihəsi ictimaiyyətdən gizli saxlanılır və bu halda ondan nə gözləmək olar? AYNA mövzunu “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müzakirə edib.
- Mehman müəllim, əgər qanun layihəsini ictimaiyyətə təqdim etməkdən imtina edirlərsə, deməli nədənsə qorxurlar?
- Əminəm ki, layihəyə söz və media azadlığını məhdudlaşdıran maddələrin daxil edilməsi planlaşdırılıb. Həqiqətən də, xoş niyyət olduğu halda qanun layihəsi ictimai müzakirəyə çıxarılaraq, dövlətin və cəmiyyətin konsensusu ilə qəbul olunardı. Amma vətəndaş cəmiyyətinin tələblərinə, müraciətlərimizə baxmayaraq, öz bildikləri kimi etdilər. Bütün bunlar söz və media azadlığını məhdudlaşdırmaq niyyətindən xəbər verir. Və alternativin qarşısını almaq üçün qanun tələsik qəbul edilir. Məsələ burasındadır ki, bir az əvvəl bir qrup hüquqşünas və jurnalist bizim gördüyümüz kimi KİV haqqında qanun hazırlamaq niyyətində olduqlarını bəyan etmişdi. Bu barədə bu günlərdə danışmışdım. Hadisələri qabaqlamaq və bunun qarşısını almaq üçün cəmiyyəti fakt qarşısında qoymaq qərarına gəldilər. Bir sözlə, bizim işimiz də bu təlaşa təkan verdi.
- Sənəd üzərində işləyərkən jurnalistlərin, hüquqşünasların, vətəndaş cəmiyyətinin fikri ilə maraqlanılıbmı?
- Jurnalistlərə, media hüquqşünaslarına qanun layihəsinə yaxınlaşmağa belə, imkan verilməyib. Qanun layihəsi ilə tanış olmaq cəhdlərimiz uğursuz oldu. O, tam səylə gizlədilib. Bu vəziyyət yaxşı heç nə vəd etmir. Mən əminəm ki, hədəflər daha sərt məhdudiyyətlər və senzuradır. Biz bu məsələni dəfələrlə qaldırmışıq: ən böyük problem ondan ibarətdir ki, ilk növbədə hakimiyyət Azərbaycanda medianın və söz azadlığının inkişafı ilə bağlı konsepsiyanı, yeni baxışını təqdim etməli idi.
Bundan sonra KİV-in bir sıra iqtisadi, peşəkar, hüquqi xarakterli problemlərinin həlli üçün dövlət proqramları hazırlanmalı idi. Məsələn, hələ də bizdə diffamasiya haqqında qanun yoxdur, informasiya əldə etməkdə çətinliklər və s. problemlər mövcuddur. Bütün sahələr üzrə müvafiq proqramlar olmalıdır. Yalnız bundan sonra, təbii ki, ehtiyac olarsa, qanunverici düzəlişlərə ehtiyac olduğu təqdirdə başlamaq olardı. Aydın deyil ki, əgər konsepsiya, proqram yoxdursa, qanun necə qəbul edilir?
- “Media haqqında” qanun layihəsinin qapalı şəkildə hazırlanması ilə bağlı şəxsən siz sual vermisinizmi? Yeni qanun layihəsinin mətnini göstərməyi tələb etmisinizmi?
- Hələ yazda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla görüşüb qanun layihəsini göstərməyi tələb etmişdik. Bizə rədd cavabı verildi. Dedilər ki, sənəd parlamentə təqdim olunacaq, orada müzakirə olunacaq və yalnız bundan sonra hamı bunu görəcək. Deyirəm, siz bəyan edirsiniz ki, redaksiyalarda qanun layihəsinin müzakirələrini aparırsınız. Mənə də verin, mən də “Turan”da müzakirələr aparım. Vermədilər. Eyni tələbi media hüququ eksperti Ələsgər Məmmədli də edib və sənədin hüquqi ekspertizasının keçirilməsini istəyib. Onun da istəyi rədd edildi. Qanun layihəsi ciddi-cəhdlə gizlədilib, ona görə də mən onu söz azadlığına qarşı hesab edirəm. Görəcəksiniz, belə də olacaq.
- Bu sənədlə bağlı hər hansı dəqiq məlumatınız varmı?
- Sənədi görməmişəm. Agentliyin ictimaiyyətə ötürdüyü cüzi məlumatlara görə, vahid jurnalist vəsiqələri və onlayn yayım üçün lisenziyalar nəzərdə tutulur - bunun hansı formada olacağını bilmirəm. Düşünürəm ki, sosial şəbəkələrə və ayrı-ayrı insanların - mən onlara hətta bloger deməyəcəm - çox sayda olan kontent müəllifinin sosial təşəbbüslərinə münasibətdə məhdudiyyətlər və senzuralar artacaq. Onlayn lisenziyalaşdırma tətbiq edilir, KİV-lərin vahid reyestri - vergi xidmətində KİV haqqında bütün məlumatlar varsa, bunun nə üçün lazım olduğu aydın deyil.
- Vahid jurnalist vəsiqəsinin mahiyyəti nədir və niyə tətbiq edilir?
- Deyirlər ki, vahid vəsiqə, məsələn, jurnalistlərə muzeyləri pulsuz ziyarət etmək hüququ verir. “Turan” vəsiqəsi ilə Luvr muzeyinə belə, pulsuz getdim. Bu, şəxsən mənim niymə lazımdır? Təxminən 6 ay əvvəl ştatdankənar jurnalistlər mitinqlərdə və s. çəkiliş aparanda prokurorluqdan dedilər ki, gözləyin, yeni qanun qəbul edəcəklər, vahid vəsiqə tətbiq edəcəklər, onda sizə göstərəcəyik. Reallıqda bu, aşağıdakıları ifadə edəcək – vahid vəsiqəsi olmayan şəxslər informasiya məhsullarının istehsalı hüququnu itirəcəklər. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası istənilən vətəndaşa informasiya kontenti istehsal etməyə imkan verir. Yəni hər şeyi məhdudlaşdırmağa çalışırlar - başqa məqsəd yoxdur.
- Jurnalistlərin çoxu təxəllüslə yazır və bir çox nəşrlərlə ştatdankənar əməkdaşlıq edir. Bu, yeni qanunvericiliklə qadağan ediləcəkmi?
- Problem ondadır ki, biz indi görmədiyimiz bir sənəd ətrafında söhbət aparırıq. Əks halda, onun maddələrini və müddəalarını əsaslı şəkildə müzakirə edə bilərdik. Uzun müddətdir ki, ölkədə medianın inkişafı üçün yaradılmış dövlət strukturları bu inkişafın qarşısını almaq üçün hər şeyi edir. Yeni qanunda da belədir. Hesab edirəm ki, bu ilin sonuna kimi o qanun sürətləndirilmiş templə qəbul olunacaq. Məqsəd bunu tez etməkdir. Görünür, hakimiyyət cəmiyyətin fəallığını məhdudlaşdırmağa çalışır. Bu gün insanların özünü az-çox sərbəst ifadə edə biləcəyi yeganə sahə sosial şəbəkələr və digər mediadır. Onlara sərt senzura tətbiq ediləcək.
Yeni qurum, əsasnaməsinə görə, üç ziddiyyətli funksiyaya malikdir: inzibati və ya izləmək, prokurorluğa təqdim etmək, qadağan etmək, bağlamaq və s. imkanları təmin edən nəzarət funksiyası. Çox güman ki, bu, yeni qanunda öz əksini tapacaq. İkincisi tənzimləmə funksiyasıdır, yəni, Agentlikdən çağırılır, nəyi və necə yazmaq, materialları necə təqdim etmək diktə edilir. Üçüncü missiya isə maliyyə resurslarının xərclənməsi ilə bağlı müxtəlif problemlər yaratmağa imkan verən kommersiya xarakterlidir. Bütün bunlar ziddiyyətlidir və medianın inkişafının məqsədlərinə uyğun gəlmir. Baxmayaraq ki, ondan başlamalıyıq ki, Agentliyin öz əsasnaməsində və onun yaradılması ilə bağlı sərəncamda söz və müstəqil media azadlığından bir kəlmə də yox idi. Və bu amil hakimiyyətin Azərbaycanda söz azadlığını inkişaf etdirmək üçün bu strukturdan istifadə etmək fikrində olmadığının göstəricisidir.
- Son sual: Sizcə, Əli Həsənovun gedişi ilə mediada vəziyyət yaxşıya doğru dəyişdi, yoxsa pisə?
- Əvvəlki struktur - KİVDF öz siyasəti ilə medianı maliyyələşdirməklə məşğul olub, onları iflasa sürükləyibsə, il boyu biz görürük ki, yeni Medianın İnkişafı Agentliyi də belə edir, eyni siyasəti aparır. Heç nə dəyişmir, dövlət tənzimlənməsinə və maliyyələşdirməyə əsaslanan köhnə yanaşmaya möhkəm əməl olunur. Bütün bunlar söz azadlığının məhdudlaşdırılmasına, bu gün şahidi olduğumuz mediada özünüsenzuranın tətbiqinə köklənir. Əli Həsənov düşüncə səviyyəsinə görə ondan daha ağıllı, savadlı, hiyləgər olan yeni kuratorlardan geri qalırdı. Beləliklə, biz hələ bunlarla da qarşılaşmalıyıq. Prinsipcə, vəziyyət getdikcə mürəkkəbləşir. //AYNA.AZ//
Paylaş:
Müəllif : Fuad
Tarix:13-12-2021, 08:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər