reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Sizə qurban olum, lazımdırsa yazım ki, 1 milyon almışam..." - Ata Abdullayev

reklam

"Sizə qurban olum, lazımdırsa yazım ki, 1 milyon almışam..." - Ata Abdullayev


Həbsdə olan bloger Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə haqqında məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunan Ziya Məmmədov bu dəfə də məhkəməyə gəlməyib.

Ata Abdullayev və vəkili Telman Talıbov buna etiraz ediblər. Vəkil bildirib ki, Ziya Məmmədov faktiki məhkəmədə ifadə verməkdən yayınır: "Əgər həqiqət ittihamda göstərildiyi kimi olsaydı, niyə yayınırdı, gəlib təsdiq edərdi".

Təqsirləndirlilən şəxs bildirib ki, Ziya Məmmədov İticket.az saytının rəhbəridir, ofisi də Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşir, məhkəməyə gəlib sualları cavablandıra bilər.

Prokurorun suallarına cavabda Ata Abdullayev deyib ki, zərərçəkmiş qismində tanınmış şəxslərdən nə pul istəyib, nə nəsə alıb: "Mən bir daha bildirirəm, bu adamlardan heç nə almamışam.Yazırlar ki, guya 2020-ci ildə Elmar Əliyevdən telefon istəmişəm. Halbuki mən həmin vaxt Misirdə idim.

Deyirlər, nə fərqi var, 2020-ci il olmasın, 2019-cu il olsun. Fərqi çoxdur, 2019-cu ildə biz qalib ölkə deyildik, amma 2020-də qalib ölkə idik. Ziya Məmmədov da mənə o telefonu Elmar Əliyevdən tələb etdiyim üçün verməyib. Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan "Samsung" telefonu var, alıb baxdım, qəşəng telefon olduğunu dedim. Telefonu mənə vermək istəsə də qəbul etmədim.

Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi. Allaha and olsun, mən bu adamlardan heçnə almamışam. Sizə qurban olum, əgər lazımdırsa, lap yazım ki, 1 milyon almışam. Mən nədə günahkar olduğumu bilirəm. Buna görə də üzr istəmişəm, 10 dəfə də istəməyə hazıram".

Məhkəmədə zərərçəkmiş qismində tanınan Elmar Əliyev mülki iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsi tələb edib.

Növbəti proses dekabrın 21-də davam edəcək.

İttihama görə, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib.

Ata Abdullayev Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və Formula-1 yarışları ilə bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edib, ondan 10 min manat istəyib.

Son nəticədə 2400 manatlıq “iPhone” 11 Pro Max telefonu alıb.

Bundan başqa, Ata Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 manat tələb edib. O, Şahlar Həsənovu Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Ata Abdullayev aşmış ağacı videoya çəkərək sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul istəyib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin martında saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.

 




Paylaş:


Müəllif : Tarix:
14-12-2021, 13:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər