reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həkimlər deyir ki, ürəyin hər an dayana bilər...” - Şəhid qardaşların anası...

reklam

Həkimlər deyir ki, ürəyin hər an dayana bilər...” - Şəhid qardaşların anası...
















“Dekabrın 19-da Türkiyədən həkim gələcək və ürəyimə xüsusi aparat qoyacaqlar. Çünki artıq onsuz mümkün deyil, ürəyimin işləmə qabiliyyəti iyirmi faizə düşüb”

Bunu Moderator.az-a açıqlamasında şəhidlərimiz İntiqam və Nurlan Əsgərli qardaşlarının anası Ziba xanım deyib. Şəhid anası hazırda ürək-damar cərrahı Rəşad Mahmudovun nəzarəti altında olduğunu bildirib:

“Ürək-damar cərrahı Rəşad Mahmudovun xəstəsiyəm. Həkimlər deyir ki, ürəyin hər an dayana bilər. Artıq ürəyimin işləmə qabiliyyəti iyirmi faizə düşüb. Ona görə də ürəyimə aparat qoyulmalıdır və bundan sonrakı ömrümü elə yaşamalıyam. Təbii ki, 2016-cı il Şanlı aprel döyüşlərində Nurlanımı, 44 günlük Vətən müharibəsində isə İntiqamımı şəhid verdim. Ona görə də övlad dərdini içimdən çəkdim, heç kimə bildirmədim və nəticədə də ürəyimdə problem yarandı. Allah bundan sonra nə ömür veribsə, onu da şəhid övladlarımın adının yaşadılması üçün yaşacam. Bununla bağlı qarşıda görəcəyimiz işlər var. Mənimlə maraqlandığınız üçün sizlərə də təşəkkür edirəm”.

Qeyd edək ki, şəhid Nurlan Əsgərli 2016-cı il Şanlı aprel döyüşlərindəki qəhrəmanlıqlarına görə ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

İntiqam Əsgərli isə Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölkə başçısı tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!




Paylaş:


Müəllif : Tarix:
14-12-2021, 16:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər