reklam
Regionxeberlericom.az » Cəmiyyət » Daha bir məktəbdə şagird aqqressivliyi - RƏSMİ AÇIQLAMA

reklam

Daha bir məktəbdə şagird aqqressivliyi - RƏSMİ AÇIQLAMA

















"Suraxanı rayonu 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır".

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, həmin şagirdin psixologiyasında problem var, lakin üzərinə gedib ittiham etmək düzgün deyil:

"Başqa məktəbdə də belə hallar müşahidə olunub. Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər görməliyik".

Qeyd edək ki, Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparıb, O, sinif yoldaşlarına dərs zamanı müxtəlif xəsarətlər yetirib.




Paylaş:


Müəllif : Tarix:
15-12-2021, 15:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər