reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan Ordusunun korpus komandanı ehtiyata buraxılıb

reklam

Azərbaycan Ordusunun korpus komandanı ehtiyata buraxılıb
















Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

Bu barədə “Report”a hərbi mənbələrdən məlumat verilib.

General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.

Qeyd edək ki, M.Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. O, Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonunlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.

M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı təyin olunmuşdu.




Paylaş:


Müəllif : Tarix:
17-12-2021, 12:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər