Müəllimlərdən pul yığan direktor Abid Şərifovun bacısı qızıdır - VİDEO
189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısının yayılması böyük ajiotaja səbəb oldu. Bu məsələ sosial şəbəkələrdə bir neçə gün müzakirə olunandan sonra araşdırma başladı.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məsələnin nəzarətə götürüldüyünü, müvafiq tədbirlər görüləcəyini bildirsə də, hələki “araşdırma”nın nəticəsindən səs-soraq yoxdur.
Ortada kifayət qədər ciddi sübutun omasına rəğmən məktəb direktorunun postunu qoruya bilməsinə səbəb nədir?
Bakupost.az bildirir ki, Təhsil Nazirliyindəki mənbə Yenisabah.az-a Ceyran Quliyevanın hansı səbəbdən cəzalandırılmamasının səbəbini açıqlayıb.
Mənbə xanım Quliyevanın bu vəzifəyə sabiq Təhsil naziri Misir Mərdanov tərəfindən təyin olunduğunu bildirib. Onun sözlərinə görə, Ceyran Quliyevanın fəaliyyətilə bağlı həmişə şikayətlər olsa da, BŞTİ-nin heç bir rəisi onu işdən çıxarmağa cəsarət etməyib.
“Ceyran Quliyeva Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır. O, uzun illərdir ki, dayısının sayəsində vəzifədə qala bilib. Hazırda Abid Şərifov təqaüddə olsa da, əvvəlki nüfuzunu qoruya bildiyinə görə, yaxın ətrafı da ondan faydalanır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-12-2021, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər