“Yerin altında dayanıb büstqalter satan adamı talayan kimdir?” – Xalq artisti
“O gün Beşmərtəbənin qarşısındakı keçiddən keçirdim, bir mayor, yanında da 3-4 serjant məni saxladı”.
Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Yeraltı keçidlərdə maska taxılmasına etiraz edən sənətçi keçidi keçmək üçün maska taxmağın mənasız olduğunu düşündüyünü bildirib:
“Məni keçiddə saxlayıblar. Deyir “Müəllim, maskanı niyə taxmamısınız?” Halbuki maska taxmışdım sadəcə burnumu bağlamıram, çünki bronxumda problem var, nəfəs ala bilmirəm. Deyirlər keçiddə maskasız gəzmək olmaz. Dedim sizin ağlınız, yiyəniz var? Bura yeraltı keçiddir, “mall” yaxud univermaq deyil. Keçidləri siz univermaqa döndərmisiniz. Camaat keçiddən istifadə edir ki, o biri küçəyə çıxsın, maşının altında qalmasın, amma keçidlər mağazalarla doludur. Sonra da deyirlər maska tax”.
Aktyor yeraltı keçidlərdə geyim mağazalarının olmasına etiraz edib:
“Beşmərtəbənin qabağındakı yeraltı keçiddə 400-dən çox mağaza var, onlardan pulları kim yığır? Balaca mağazaların hərəsindən ayda 1500-200 icarə haqqı alırlar. Bunu kim hansı haqla alır? 12 saat yerin altında dayanıb bir dənə büstqalter satan adamı çapıb talayan kimdir? Niyə dövlət buna baxmır? Deyirlər icarə haqqını ödə, ödəmirsənsə, bas bayıra. Bakı şəhərinin altını, üstünü zəbt edənlər kimdir?! Şəhərin küçələrində gəzmək olmur. Hər yer çayxana, kafe, restoran... Küçənin ortasında tonqal qalayıb kabab bişirirlər. Niyə bu məsələyə baxan yoxdur? Bunu Hacıbala Abutalıbov kimi dələduzun biri bunu etdi. Bakı şəhərini it gününə qoydu, 17-18 il Azərbaycan xalqının əxlaqı ilə oynayan bambılının biri bunu etdi. Dişi ağrıyanda Almaniyaya uçub, gedib orada müəlicə alırdı, amma Novruz Qartal, Allahverdi Yolçuyev, Şeyx Əbdül kimi adamlar dərman pulu tapmır”.
Ə.Mahmudbəyov Qış Parkındakı qarajların və mağazaların sahibinin Bakının sabiq meri Hacıbala Abutalıbov olduğunu iddia edib:
“Hacıbala Abutalıbovun övladları da Türkiyədə bizneslə məşğuldurlar, ordan bura mənə ismarıc göndərirlər. Sən demə, Qış parkının altındakı qaraj da, üstündəki mağazalar da hanmısı onların imiş. Orada çəkiliş etmişdim, dərhal mənə ismarıc göndərdilər ki, “Ora bizim dədəmizin obyektidir, niyə icazə verilib ki, belə tənqid edirsiniz?” Deməli, orada parkdan söhbət gedə bilməz, onsuz da park da deyil, hər tərəf betondur, dibçəkdə ağaclar qoyublar, vəssalam. Altı isə qarajdır, ayı 100 manatdan verilir, 3 milyon pul edir. Hələ üstdəki mağazalardan danışmıram, gecə-gündüz işləyir, Hacıbalanın imiş. Yaxşı, başa düşdük, özün kef edirsən, uşaqlarını da göndərmisən xaricə orada kef edirlər, bəs buradakı sənətçilərin halından xəbərin varmı?”
Sənətçi Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısının ona olan borcunu qaytarmadığını deyib:
“Mənə rəsmi şəkildə 145 min manat onun borcu var. Oğullarına ismarıc da göndərdim, dedim ki, atanıza rəva bilməyin ki, borclu ölsün, çünki mən bunu bu dünyada da, axirət dünyasında da deyəcəyəm. Çünki o pul mənə müalicə olunmaq üçünb lazımdır. Mən Karlson kimi damda yaşayıram, maddiyatım yoxdur ki, ev şəraiti qurum. Mənim borcumu qaytarsınlar. Azərbaycanın əlaqədar strukturları guya bunu bilmirlər? Çox yaxşı bilirlər, ona görə susurlar ki, ya qohumluq əlaqələri var, ya tayfa, ya da biznes maraqları var, vəssalam”.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-12-2021, 18:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər