BAKI İNSAN HÜQUQLARI KLUBUNUN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
Ötən gün Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin (BİHK) Nizamnamə tələblərinə uyğun olaraq 2021-ci il üçün Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda təşkilatın 13 üzvündən 9 nəfəri iştirak etməklə yetərsay təmin olunmuş, müvafiq səsvermələr baş tutmuşdur.
İclas zamanı BİHK-nun 2021-ci il üçün fəaliyyətini əhatə edən illik hesabatı təşkilatın sədri Rəsul Cəfərov tərəfindən təqdim edilmiş, hesabat ətrafında müzakirələr aparılmış, qaldırılmış suallar cavablandırılmışdır. Sonra hesabat səsverməyə çıxarılmış və yekdilliklə qəbul olunmuşdur.
Sonradan təşkilatın İdarə Heyətinə və Nəzarət-Təftiş Komissiyasına seçiləcək üzvlərin sayı müəyyən edilmiş və hər bir orqana 3 üzvün seçilməsi qərarı verilmişdir. Hər iki orqana namizədlər irəli sürülmüş və gizli səsvermə nəticəsində İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilmişdir. Beləliklə, İdarə Heyəti üzvlərinin sayı 5 nəfərə qədər artmışdır. Birliyin həmtəsisçiləri Rəsul Cəfərov və Cavad Cavadovdan başqa təşkilatın üzvlərindən Heydər Əhmədov, Lətafət Məlikova və Fuad Hüseynov İdarə Heyətinin üzvləri oldular.
Ümumi Yığıncaq cari məsələlərin müzakirəsi ilə davam etmiş, 2022-ci ili üçün müəyyən fəaliyyətlər razılaşdırılmış, təşkilatın Etik davranış kodeksinin hazırlanaraq qəbul edilməsi barədə qərar qəbul edilmişdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2021, 21:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər