"Burada məmurlar işbazlıq edirdilər" - deputat
Danılmaz faktdır ki, ölkəmizdə gəlir yeri yalnız pensiya olan adamlar daha çox idi.
Ta ki saxta pensiyalarla bağlı qərarlar icra olunanadək.
Bu gün Azərbaycanda kifayət qədər insanın pensiyası kəsildiyindən, maddi durumları olduqca ağırdır. İşsiz olan kənd yerlərində yerləşən əhali arasında bu hal daha geniş vüsət alır.
Maraqlıdır, pandemiya şəraitində, həmçinin iqtisadi vəziyyətin ağırlaşdığı bir durumda həmin insanlar ailəsinin dolanışığı üçün nə etməlidir?
RegionXəbərləri.com xəbər verir ki, mövzu ilə bağlı cebhe.info-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev açıqlama verib.
O bildirib ki, pensiyalar Azərbaycan rəhbərliyinin, hakimiyyətinin humanistliyindən bir çox adama verilirdi: " Yəni bunu açıq etiraf edək. Burada məmurlar işbazlıq edirdilər. Sövdələşmə və əlaqələr var idi. Bunlar hamısı üzə çıxıb. Bir insan ki, 15 il müavinət alıb, yenidən işləməyə həvəs gedib. Həmin insanlar artıq buna öyrənib. Qəbula gələn insanlar var ki, baxıram, sanki ilahi pərvərdigar yunan nağıllarından gəlib. Amma deyirəm ki, sənə iş tapaq, deyir ki, mənə elə iş tapın ki, bir gün işləyim, üç gün də evdə olum. Həmin adam boy- buxunundan qapıdan içəri girə bilmirdi”.
Deputat bildirib ki, pensiyaların kəsilməsində hər şey düz, ədalətli deyildi: "Bəziləri səhv oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanun qəbul olundu ki, insanların bu məsələsinə yenidən baxılsın. Kompensasiya məsələləri düşünülür".
Qeyd edək ki, ötən günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əsassız və saxta pensiya işləri ilə bağlı proseslərin davam etdirildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, məqsəd haqqı çatan insanların pensiyasının təmin olunmasıdır. S. Babayev qeyd edib ki, saxta pensiya təyinatı ilə əlaqədar 2018-ci ildə 25,6 milyon manat, 2019-cu ildə 133.1 milyon manat, 2020-ci ildə 246,5 milyon manat, cari il üzrə isə 496,3 milyon manat vəsaitin mənimsənilməsinin qarşısı alınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2021, 08:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər