Gəncə Dövlət Universitetində "atın qabağına ət, itin qabağına ot qoymaq" prinsipi
Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Son bir il ərzində müxtəlif vəzifəli məmurların həbs edilməsidə deyilənlərin əyani sübutudur. Çünki, bəzi dövlət məmurları vəzifələrindən sui-istifadə edir, korrupsiya və rüşvətxorluq kimi çirkin əməllərdən əl çəkmirlər. Belələri tutduğu vəzifədən asılı olmayaraq qanun qarşısında cavab verməli olurlar. Amma bu mübarizə tədbirləri hələ də Gəncə Dövlət Universitetində qulaq ardına vurulur.
Hal-hazırda Türkiyənin Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı tədbir keçirilir. Gəncə Dövlət Universitetində ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuş, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçısı, Nizami haqqında çoxlu monoqrafiya və əsərlərin müəllifi, Nizaminin poemalarını farscadan öz dilimizə tərcümə edən, 2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, N.Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş professor Xəlil Yusifli kimi nizamişünas alim vardır.Maraqlıdır ki,qeyd olunan tədbirə Nizami ilə bağlı ensiklopedik biliklərə malik olan bu şəxs göndərilməmişdir. Bu tədbirə respublika səviyyəsində tanınmış Xəlil Yusifli, Mübariz Yusifov, Maqbet Əhmədov,Yadigar Əliyev, Afaq Yusifli, Səba Namazova kimi alimlər getməliydi. Lakin Nizamini təbliğ etmək üçün həmin
tədbirə Gəncə Dövlət Universitetinin baş kompüter ustası, erməni əsilli Vasif Həsənov, rektorun kommunist ideyalı baş müşaviri Asif Cavadov, ekologiya mühəndisliyi ixtisasını bitirmiş, rektorun baş agenti Pərviz Adıgözəlov, Fətullah Gülənin universitetində təhsil almış Elsevər Nağıyev göndərilmişdir. Bu şəxslərin heç biri ədəbiyyatçı deyil, bu şəxslər Nizaminin neçənci ildə anadan olduğunu belə bilmirlər.
Maraqlıdır, həmin tədbirdə bu şəxslər Nizami haqqında nə danışacaqlar? Aydındır ki, bu şəxslərin hər birinə 10 gün üçün verilmiş 4000 dollar xərclik pulunun yarısı elə universitet rəhbərliyinin cibinə gedəcək. Çünki, başqa vaxtlarda elmi konfranslara, məzuniyyətlərə və digər xidməti səfərlərə gedən əməkdaşlara heç bir məzuniyyət haqqı ödənilmir. Ən yaxşı halda “kor Teyyub” ləqəbi ilə məşhur olan baş mühasib bir xeyli çək-çevirdən sonra bir nəfərin gününə 7-12 manat arası ezamiyyə xərci ödəyir. Deməli, burda əsas məsələ Nizaminin təbliği yox, ayrılan ezamiyyə xərclərinin xeyli hissəsinin rektorun əsabələrinə və özünə çatmasıdır.
Müəllimlərin maaşlarının artırılmasından söz düşən kimi “büdcəmiz yol vermir” deyə yaxasını cıran rəhbərlik özünün agentura şəbəkəsinə səxavətlə ezamiyyə xərcləri, mükafatlar, yüksək maaş, fəxri adlar və təltiflər paylayır. Dövlətin təhsil ocağına yalnız qazanc mənbəyi kimi baxan bu dəstənin məqsədi universitetin büdcəsini qəpiyinə qədər talamaqdır.
Utancverici bir haldır ki,zəngin tarixə malik olan bu elm, təhsil,təlim-tərbiyə ocağında dövlətçiliyin əleyhinə təbliğat aparan bəzi şəxslər hələ də aparıcı vəzifələrdə işləyir. Məsələn, konkret olaraq rektorun baş müşaviri Asif Cavadov. Bu şəxsin faktiki fəaliyyəti ilə işlədiyi sahə arasında əlaqə belə yoxdur. GDU-da rüşvət mexanizminin və narazılıqlarla dolu “idarəetmə sistemi”nin başında duran, GDU-nu faktik idarə edən Asif Cavadov haqqında kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyəti dəfələrlə müraciət edib. Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur.
Asif Cavadov kommunist partiyası hakimiyyətdə olanda onun üzvü olmaqla Azərbaycan Texnologiya Univerisitetinin partiya təşkilatının sədri, Xalq Cəbhəsi vaxtında cəbhə üzvü olmaqla həmin Universitetdə kafedra müdiri və Ana Vətən Partiyasının üzvü olmaqla bu partiyanın təmsilçisi kimi Gəncə şəhər 39 saylı Kəpəz rayon Dairə Secki Komisiyasının üzvü işləmişdir. Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər Heydər Əliyevin əleyhinə təbligat aparırdı.
Heydər Əliyevin əleyhinə təbliğat aparan Asif Cavadov Müsavat Partiyasının Gəncə şəhər şöbəsinin sədri Cahangir Əmirovun oğlunun Kəpəz restoranında keçirilən toy məclisində iştirak edən İsa Qəmbər, Arif Hacılı və digər müxalifət liderləri ilə ” Bəy havası” rəqsi oynayaraq “Azərbaycanın gələcək prezidenti Sizsiz İsa bəy. Siz Azərbaycanın ən layiqli oğlusuz, sizinlə qürur duyuram” deyə tostlar deyirdi. Elə həmin məclisdə öz sədaqətini partiya üzvlərinə nümayiş etdirmək üçün ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin şəklini ayaq altına atmaqla rəqs edirdi. Əlbət ki, hər kəsin siyasi mənsubiyyəti onun vicdan azadlığı məsələsidir. Amma eyni bir adamın vicdanı onun mədəsinin tələbatından asılı olaraq tez-tez başqa siyasi məcaralara yönəlirsə, artıq bu əqidəsizlik kimi dəyərləndirilir. Başqa sözlə beləsinə “siyasi küçə qadını” deyirlər.
Gəncədə hamı bilir ki, Asif Cavadov buqələmun kimi cildini tez-tez dəyişmiş, siyasi vəziyyətdən asılı olaraq öz məsləkdaşlarına daim dönük çıxmış, müxtəlif partiyalara transfer olmuşdur. Onun həyat yoldaşı isə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur. Həmin seçkilər ərəfəsində Lalə Şövkət hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi. Asif Cavadovun həyat yoldaşı Zümrüd Cavadova isə GDU-nun hazırki rektoru tərəfindən Psixologiya kafedrasına müdir təyin olunub. Zümrüd Şirinova (Cavadova) vaxtıilə Ulu Öndərin əleyhinə kəskin bəyanatlar verən bir şəxs, eyni zamanda prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur. Bunu təsdiq edən, o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da Sizə göndəririk. ( FOTO 1) Zümrüd xanım kafedranı bir növ özəlləşdirib,
müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Hər semestr başlayanda hec kimdən qorxmadan, cəkinmədən müəllimlərdən 20-50 manatdan fond pulu, ad günü pulu, müəllim günü pulu yığır. Kafedranın müəllim və laborantlarını aylığa buraxır…
Asif Cavadov GDU-da prorektor vəzifəsinə təyin olunan kimi YAP üzvlüyünə keçdi. Onun bircə saat dərs keçdiyini görən olmasa da, rektor Yusif Yusibovun təqdimatı əsasında əməkdar müəllim adını belə veriblər. Halbuki, bu ailə zamanında tutduqları vəzifələrə uyğun olaraq əqidələrini dəyişənlərdir.
Asif Cavadovun oğlu, maşın alverçisi, narkotik maddə istifadəçisi hal-hazırda Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətində işləyən Amil Cavadov isə avtoşluq edərək Qazax rayonu, I Şıxlı kənd sakini 17 yaşlı Balcanov Musa Natiq oğlunu maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və 40000 manat verərək cinayət məsuliyyətindən yayınmışdır. Maraqlıdır, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısı Nizami Hacıyev belə bir şəxsi hansı parametrlərinə görə icra strukturlarında vəzifədə saxlayır?
Qeyd olunan faktlardan göründüyü kimi, siyasi keçmişi şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı rektorun baş müşaviri vəzifəsinin funksiyasına uyğun gəlmir, aidiyyəti orqanlar isə seyrçi mövqeyindədir. Bütün şüurlu fəaliyyətini dövlətçiliyimizə həsr edən layiqli kadrlar dura-dura, bu günə qədər (bəlkə indi də) ailəlikcə Heydər Əliyevin əleyhdarı olan, maddi və mənəvi cəhətdən müxalifəti dəstəkləyən bir şəxs hansı səbəbdən bu cür mühüm posta rəhbər təyin edilmişdir? İnsan öz simasını xamelyon kimi nə qədər dəyişə bilər? Görünür Asif Cavadov haqqında “o mənim dostumdur” deyən hazırki GDU rektoru Yusif Yusibova bu cür kadrlar daha sərfəlidir.
İndi isə bu adam 70 yaşında Tarix fakültəsinə dekan seçilmək istəyir, özündən başqa arvadı Zümrüd Cavadovanı isə Pedaqoji fakültəyə dekan seçdirmək istəyir. Prezident İlham Əliyevin fərmanı ilə rektor təyin edilmiş Yadigar Əliyevin zorla ərizəsinin alınmasında göstərdiyi xidmətlərə görə Yusif Yusibov Asif Cavadovun yanında gözü kölgəlidir. Ona görə də Yusif Yusibov
Asif Cavadovun əlində alətə çevrilib. Asif Cavadov özünün və arvadının yığdığı rüşvət sayəsində əldə etdiyi sərvət hesabına hər birinin dəyəri 50000 manatdan yuxarı olan 6 ədəd traktor almışdır ki, bunları da müxtəlif şirkətlərə arendaya verib. Bu traktorların ikisinin şəkillərini əldə etmişik. Bu şəkilləri də göndəririk. FOTO 2, FOTO 3
Bundan başqa Asif Cavadov hal-hazırda yaşadığı həyət evindən əlavə şəhərin Bayraq meydanı yaxınlığında hər birinin dəyəri 150 min manat olan iki dənə müxtəlif həyət evləri alıb. Sual olunur, bununla bərabər universitetdə işləyən müəllimlər çörək pulu tapa bilmir, Asif Cavadov bunları nə ilə alıb???
Asif Cavadovun başqa bir xüsusiyyəti isə öz badə yoldaşı Fəxrəddin Həsənovla tanınmış restoranların daimi sakininə çevrilməsidir.
Fəxrəddin Həsənov Eldar Mahmudov dönəmində Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şöbəsinin rəisi olan Əli Əliyevin himayə etdiyi yaxın qohumudur.
Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hal-hazırda da bu vəzifədədir. Bir necə illər bundan öncə Elman İdris oğlu Məmmədov Gəncə Dövlət Universitetinin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdır. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun bas mühasibi işləyən Nizami Mustafayevlə əlbir olaraq saxta sənədlərə imza atmaqla mənimsəmişlər. Araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda işləyir. Qalan 21 nəfərin adi ştat cədvəlində olsa da faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır. Həmin şəxslərin maaş kartları prorektor
Fəxrəddin Həsənovda olmuşdur və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurdular.
Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahibinə qaytarmağına baxmayaraq(???), hal-hazırda yenə də Fəxrəddin Həsənov işçilərin kartlarını mənimsəyərək öz talançı əməllərindən əl çəkmir. Şəhərdə yüksək vəzifəli məmurların adından istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur.
Fəxrəddin Həsənov Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə Universitetin bütün tədris binalarına külli miqdarda proyektor, komputer, noutbooklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talamışdır. Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 AZN pul ayrılmağına baxmayaraq, onun bir manatı belə üzə çıxmamışdır və Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir. Maliyyə sənədlərinə baxdıqda aydınca görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri Alüminiumçular qəsəbəsi deyilən yerdə yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır.
Gəncə Dövlət Universiteti tədris müəssisəsindən çox, Gəncə şəhər İcra Hakimiyyətinin Kommunal Şöbəsini xatırladır. Bir universitetin nə qədər bağbanı, nə qədər xadiməçisi olar? Hal-hazırda GDU-da 400 nəfərdən artıq təsərrüfat işçisi var. Amma bunların ən uzağı 200 nəfəri işə gəlir.Yerdə qalan 200-ə yaxın təsərrüfat işcilərinin maaş kartı təsərrüfat işləri üzrə prorektor Fəxrədin
Həsənovun seyfində saxlanılır. Hər ay maaş veriləndə bu kartlarla pullar çıxarılır və rektor Yusif Yusibovla Fəxrəddin Həsənov arasında bölüşdürülür.
Dəftərxana ləvazimatları kafedralara sənədləşmədə göstərilənin onda biri qədər verilir. Qalan hissəsi isə köçürülən pulun müəyyən faizi qədər nəğd şəkildə təchizatçıdan geri alınır, yaxud da ki, mağazalara satışa verilir. Təhsil nazirinin açılışını etdiyi, lakin bir nəfər tələbənin belə yaşamadığı tələbə yataqxanaları üçün alınan yataq dəstləri, kimyəvi təmizləmə vasitələri, müxtəlif təsərrüfat ləvazimatları ilə də həmin hallar baş verir.
Maraqlıdır, universitetin müəllimləri 400-600 manat maaş aldıqları halda, görəsən Təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun, Asif Cavadovun, Vasif Həsənovun maaşları hansı əsasa görə 2500 manata qaldırılıb? Fəxrəddin Həsənov özünə təzəlikcə 80000 manata "Toyota Prado" markalı maşın alıb. Göy-göl rayonunun Aşıqlı kəndində, Murud yolunda ona məxsus olan villanın dəyəri 250000 manatdır...
Fəxrəddin Həsənov tərəfindən universitetin ərazisinin xeyli hissəsi Kontakt Home mağazalar şəbəkəsinə satılıb. Hal-hazırda orada təmir işləri aparılır və bununla bağlı şəkillər göndərilir. Halbuki sabiq rektor Yadigar Əliyev guya universitet ərazisini satdığına görə vəzifəsindən bu dəstənin təzyiqi ilə azad olunmuşdu.
Ən ağrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış etmək qabiliyyəti olmayan Fəxrəddin Həsənov təsərrüfat işləri üzrə prorektor olmağına baxmayaraq elə şərait yaradıb ki, universitetin bütün işçiləri icazə almaq üçün ona müraciət etməlidir. Fəxrəddin Həsənov universiteti talan edib qazandığı çirkli pullarla badə yoldaşı Asif Cavadovla yeməkxanalarda əylənərək, spirtli içki qəbul etməklə özünə və vəzifəsinə xas olmayan əməllərlə məşğuldur. Çox maraqlıdır, müharibə gedən bir ölkədə, xalqımızın gözəl övladları şəhid olan zaman Fəxrəddin müəllimin və onun himayədarlarının vicdanı bu işlərə necə yol verir?
Ölkə prezidenti İlham Əliyevin iqtisadi böhran şəraitində qənaət məqsədilə struktur islahatları apardığı, lüzumsuz orqanların birləşdirildiyi bir
dövrdə Fəxrəddin Həsənovun və onun himayədarlarının bu talanına nə ad vermək olar? Bu cənab Prezidentin ağıllı siyasətinin əleyhinə getmək deyilmi???
Rektor Yusif Yusibov isə layiq olmadığı halda Asif Cavadova əməkdar müəllim, Fəxrəddin Həsənova isə əməkdar mühəndis fəxri adlarını verdirib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin F-463 nömrəli, 12 noyabr 2020-ci il tarixli əmrinə əsasən universitetin akkreditasiyası zamanı tutulan iradlardan biri Tələbə Həmkarlar Təşkilatının Sədrinin tələbə olmamasıdır. Maraqlıdır ki, bu vəzifəni Ekologiya kafedrasının müəllimi, 43 yaşlı Pərviz Adıgözəlov tutur. Rektor isə öz agentini vəzifədə saxlamaq üçün guya Pərviz Adıgözəlovun doktorant olması kimi yalan məumat vermişdir. Amma əslində o doktoranturanı çoxdan bitirmişdir, qabiliyyət və savadı olmadığına görə müdafiə edə bilməmişdir.
Ümumiyyətlə, hal-hazırda Gəncə Dövlət Universiteti "atın qabağına ət, itin qabağına ot qoymaq" prinsipi ilə idarə olunur. Əsası 1938-ci ildə qoyulmuş qocaman Universitet sanki son günlərini yaşayır. Zəfərimizi dünyaya car çəkdiyimiz bir zamanda bu cür hallar elm və təhsilimiz üçün böyük bir qara ləkədir.
Cənab Prezident, Sizdən xahiş edirik ki, GDU kollektivinin heç bir tədbir görülməyən müxtəlif orqanlara və seyrçi mövqeyində duran və tədbir görmək güçündə olmayan Təhsil Nazirliyinə yüzdən artıq müraciətini nəzərə alıb, buradakı özbaşınalıqlara son qoyasınız.
Hörmətlə,
Filologiya fakültəsinin əməkdaşları adından
dosent Yeganə Sabir qızı Hüseynova
baş müəllim Həmid Camal oğlu Abbasov
dosent Nazəndə Sabir qızı Hacıyeva
dosent Nəzmiyyə Məmməd qızı Axundova
dosent Həsənova Aidə Ədib qızı
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2021, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər