reklam
Regionxeberlericom.az » Cəmiyyət » Gürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aclıq aksiyası başlayır

reklam

Gürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aclıq aksiyası başlayır
















Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) üçüncü prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi aclıq aksiyası elan edib. “Report”un yerli bürosu xəbər verir ki, aksiyaya partiya tərəfdarları könüllülük əsasında qoşulacaqlar.

VMHP sədri Nika Meliya deyib ki, aksiya partiyanın baş ofisinin yaxınlığında keçiriləcək. Müxalifətçinin sözlərinə görə, kütləvi aclıq aksiyası sabiq dövlət başçısı azad olunana qədər dayandırılmayacaq. O, aksiyada 300-dən çox şəxsin iştirak edəcəyini vurğulayıb.

Partiya qərargahının yaxınlığında aksiya üçün artıq iki çadır qurulub.

Bu gün 54 yaşı tamam olan M.Saakaşvilinin minlərlə tərəfdarı Tbilisidə parlament binasının önündə “Mişaya azadlıq!” şüarlı aksiya keçirib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.




Paylaş:


Müəllif : Tarix:
21-12-2021, 23:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər