reklam
Regionxeberlericom.az » Cəmiyyət » Paytaxtda son 11 ayın yol-nəqliyyat hadisələri statistikasını piyada təhlükəsizliyi baxımından “qanlı rekord” adlandırmaq olar - AÇIQLAMA

reklam

Paytaxtda son 11 ayın yol-nəqliyyat hadisələri statistikasını piyada təhlükəsizliyi baxımından “qanlı rekord” adlandırmaq olar - AÇIQLAMA



















Paytaxtda son 11 ayın yol-nəqliyyat hadisələri statistikasını piyada təhlükəsizliyi baxımından “qanlı rekord” adlandırmaq olar. Son 11 ayda Bakı küçə və prospektlərində ölənlərin (191 nəfər) təxminən 64 %-i (122 nəfər) piyadalardır.

Bununla bağlı Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb.

Ekspert bildirib ki, bunların səbəblərini sadəcə piyada və sürücülərin məsuliyyətsiz davranışında, qaydalara biganə münasibətində axtarmaq ciddi səhvdir.

Piyada vurulmasının səbəbləri sırasında yollarda təhlükəsizliyi təmin etməyə yönələn işlərə müvafiq qurumlar tərəfindən məsuliyyətsiz yanaşma ön sıralardadır. Həmin məsuliyyətsiz yanaşma bunlarda ifadə olunub:

1. Xeyli küçələrin, xüsusən piyada keçidi olan yerlərdə hələ də işıqlandırılmaması;

2. Bir çox küçələrdə hələ də səkilərin olmaması, yaxud səkinin hərəkət üçün yararsız olması;

3. Bəzi yerlərdə piyada keçidi olsa da, avtomobillərin faktiki sürətinin yüksək olması, bunun qarşısını almaq üçün heç bir mühəndis-texniki tədbir görülməməsi;

4. Xüsusən çoxzolaqlı yollarda xeyli piyda keçidinin siqnallaşdırılmasında (svetoforların qoyulması, normal nişanların və nişanlanma xətlərinin tətbiqi) çatışmazlıqlar və s.

"Sadalanan qüsurlar piyada və sürücülərin intizamsızlığı ilə üst-üstə düşəndə faciə qaçılmaz olur. Ona görə də işləmək və dəyişmək lazımdır. Çox gecikirik. Artıq 3 ili tamam olan yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramının real praktiki təsirini hələ də görmürük", - deyə Ə.Hüseynov bildirib.




Paylaş:


Müəllif : Tarix:
22-12-2021, 08:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər