reklam
Regionxeberlericom.az » Cəmiyyət » Polad Aslanovun müalicəyə ehtiyacı var

reklam

Polad Aslanovun müalicəyə ehtiyacı var
















Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Polad Aslanovun həyat yoldaşı məlumat yayıb. O bildirir ki, Polad Aslanov yuxusuzluqdan və iştahasızlıqdan əziyyət çəkir: “Həkim müayinəsindən keçmişdi. 1 aya yaxındır nevropatoloqun yazdığı dərman və vitaminləri qəbul edir.

Dekabrın 20-də yenidən müayinə edilib. Həkim yoldaşıma deyib ki, səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur, ya tibb məntəqəsində, ya da Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə almalısan.

Tibb məntəqəsinə və ya müalicə müəssisəsinə köçürülmə üçün rəisin razılığı olmalıdır. Amma 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənov buna icazə vermir”.

Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.

Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.

2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib.

DTX jurnalistin həbsi ilə bağlı açıqlama yayıb

Polad Aslanovun həbs müddəti uzadılıb.Məhbus jurnalistin aclıq etdiyi bildirilir. Jurnalistin şikayəti təmin edilməyib




Paylaş:


Müəllif : Tarix:
23-12-2021, 14:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər