Hulusi Akar şəhid ailəsinə verdiyi sözü tutdu - Fotolar + Video
Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsi Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyev nazirimiz cənab Hulusi Akara işğal altındakı torpaqları azad edəcəklərinə dair söz verib, son nəfəsini verərkən də “Nazir Hulusi Akara verdiyim sözə əməl etdim” demişdi. Şəhidimizin dəyərli ailəsi nazir Akarın dəvəti ilə Ankaraya gəldi”, - deyə məlumatda qeyd olunub.
V.Məmiyevin ailəsi səfər çərçivəsində “Anıtkabir”i də ziyarət edib.
Qeyd edək ki, Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. 2015-ci ildə tank tağım komandiri kimi vətənə xidmətə başlayıb. Bütün təlimlərə aparıcı zabit kimi qoşulub. 2020-ci il türk-azərbaycan təlimlərində böyük qəhrəmanlıqla iştirak edib və təlimlərin sonunda Hulusi Akar tərəfindən fərqlənmə ilə təltif edilib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb və 4 gün sonra aldığı yaradan şəhid olub. Son anında təbəssümlə deyib ki, “mən qardaş Türkiyənin müdafiə nazirinə verdiyim sözə əməl elədim. Vətən sağ olsun”.
V.Məmiyev “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Həmçinin oxuyun: Hulusi Akarın danışarkən kövrəldiyi şəhidin evindən - Videoreportaj
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2021, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər