Media qanununda dəyişikliklər olunacaq - Gərgin müzakirə
Media Qanunu layihəsinin Milli Məclisdə 7 gün ərzində 1-ci və 2-ci oxunuşdan keçməsi, tənqidi məqamların çox olmasına baxmayaraq hər iki oxunuşda faktiki eyni layihənin qəbul olunması xüsusilə media azadlığını, jurnalist azadlığını önəmsəyən çevrələrdə və şəxslərdə xeyli narahatçılıq və etiraz yaradıb.
21 dekabr 2021 tarixində Milli Məclisdən mənə zəng edib, müzakirəyə dəvət edəndə də 2-ci oxunuşdan keçirilmiş qanun layihəsinin müzakirəsinə media hüququ eksperti kimi çox gec dəvət olunmağıma müəyyən iradlarımı bildirdim. Amma müzakirəyə qatılacağımı da bildirdim.
Dünən qismən geniş qatılımçılıqla keçirilən və 3,5 saat davam edən müzakirədə mən əsasən medianın fəaliyyətinə dövlət tənzimləməsinin müdaxilə imkanları aspektinə, media azadlığının və jurnalist fəaliyyətinin beynəlxalq hüquqla müəyyən olunan standartlarına, habelə Azərbaycan Respublikası Konstitusiyasının 47-ci (ifadə azadlığı) və 50-ci (Məlumat azadlığı) habelə 151-ci (beynəlxalq aktların hüquqi qüvvəsinin qanunlardan üstünlüyünün tanınması) maddələrinin mahiyyətinə uyğun olmayan hətta bəzi hallarda ziddiyət təşkil edən məqamlara diqqət çəkdim və qanun layihəsinin bu formada sürətlə qəbul edilməsinin ölkə mediasının, jurnalistikanın fəaliyyətinə problem yaradacağı və ölkənin media azadlığı imicinə mənfi təsir edəcəyini ifadə etdim.
Dünənki müzakirələrdə çıxış edən Mehman Əliyev, Arif Əliyev, Elçin Şıxlı və digərləri də ayrı-ayrı məqamlara diqqət çəkərək müəyyən narahatlıqları ifadə etdi. Dünən tədbirdə Milli Məclisin Komitə sədri Əli Hüseyinli təklif etdi ki, bu gün üçlü (Əli Hüseynli, Əhməd İsmayılov və mən) müzakirə aparıb, daha konkret məqamları müzakirə edək və ortaq müəyyən konsensus axtaraq.
Bu gün 2,5 saatlıq müzakirədə oldu. Müzakirədə sistemli olaraq mən layihədə olan müxtəlif narahatedici məqamları səsləndirdim və qarşı tərəf həmin məsələdə fikirlərini ifadə etdi. Zaman-zaman etiraz etdi, zaman-zaman mövzunun bu formatda həllinin mümkün olmadığını dedi və bəzi məqamlarda da mövcud qanunvericiliyin başqa problemlərinə yönəldi.
Bəzi məsələlərdə mövqələr bir-birinə yaxınlaşdı, qısmən konsensus oldu, bəzi məsələlər isə açıq qaldı.
Ümumi konsensusa gəldiyimiz məsələlərdən biri bütün platforma yayımçısının lisenziyalı fəaliyyət göstərməsini nəzərdə tutan (30.2 maddə) müddəaya daha aydın qeydin razılaşdırılması oldu. Yeni razılığa görə yalnız o platforma yayımçısı lisenziyaya müraciət edəcək ki, onun arzusu peyk yayımlanan operatorunun xidmətindən istifadə etmək olacaq. Yəni sadə internet üzərindən yyaımlanan platforma yayımçıları lisenziyasız fəaliyyət göstərəcək.
Razılaşmaya əsasən 30-cu maddəyə bir bənd əlavə olundu. (30.8. Birbaşa internet üzərindən audiovizual proqramlar yayılmalyan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziya ala bilər. Bu halda qeyd olunan şəxslər bu Qanunun 30.2-30.7-ci maddələrinin tələblərinə cavab verməlidir).
Jurnalistlərin fəaliyyəti başlıqlı 7-ci fəslin ümumiyyətlə layihədə olduğu formatın tərəfimdən qəbuledilmədiyi, onun yalnız akreditasiya ilə bağlı tənzimlənməsi və veriləcək kartın jurnalist vəsiqəsi yox, akretitasiya kartı olması gərəkliliyini vurğuladım. Bu kart imtiyaz yaratmamalı, jurnalistə imtiyaz nəzərdə tutulmamalı, ictimai açıq informasiyalar üçün heç bir məhdudiyyət olmadan bütün jurnalistlər üçün açıq olmalıdır. Ayrıca, jurnalistlər üçün tələb olunan şərtlər, staj, məhkum olunmamaq və s. qanunun predmeti olmamalıdır. Bu istiqamətdə fikirlərimiz xüsusilə Əhməd İsmayılovla uzlaşmadı. Əli Hüseyinli isə daha çəkimsər qaldı.
Qaldırdığım bəzi texniki qanunvericilik problemləri pozitiv qarşılandı və zəruri düzəlişlərin ediləcəyinə dair fikir bəyan edildi.
Müzakirə tam yekunlaşmadı və digər təkliflərimin yazılı təqdim olunması xahiş olundu.
Ümumiyyətlə, bir media hüquqşünasi kimi mənə şərait yaradılmasına, 6 saatlıq müzakirələrdə səbrlə fikirlərimin dinlənməsinə görə Komitə sədri, Əli Hüseyinliyə, MEDİA Agentliyinin rəhbəri Əhməd İsmayılova, Agentliyin əməkdaşlarına və MTRŞ-ın rəsmilərinə təşəkkür edirəm.
Media qanunu layihəsi cəmiyyətin hər fərdinin önməsədiyi məsələdir. Hökumətin bu sahədəki tənzimləməsi oldu-bittiyə gəlməməli, medianın fəaliyyətinə problem yaradan bütün məqamlar vahid təklif formatında parlamentdə müzakirə edilməli lakin öncə media ictimaiyyətinin peşəkarları ilə daha işçi səviyyədə konsensusa çalışılmalıdır. Ölkə mediasının imkişafı çoxsaylı məhdudiyyətlərlə yox, media azadlığının gerçək formada təminindən keçir.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2021, 21:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər