HƏR MƏMURUN ÖZ QURBANI... – Əslində kimlər həbs olunmalı idi, əvəzində kimlər cəzalandırılır?
Bugünlərdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edildi. Bu məhkəmə qərarı Azərbaycandakı hakimiyyət strukturlarında son illər ərzində müşahidə olunan bir maraqlı tendensiyanın özünə birdəfəlik yer etməsindən xəbər verir.
Artıq uzun illərin təcrübəsi göstərir ki, Azərbaycanda iri ranqlı məmurlar öz ətraflarında müavin, aparat rəhbəri, baş memar, baş mühasib və s. adlar altında müxtəlif çəkili “qurbanlıqlar” saxlayırlar. Vaxtı gələndə, özləri də az-çox çirkaba bulaşmış və “yağlanmış” həmin bu “qurbanlıq”lar asanlıqla güdaza verilir, nazir, komitə sədri və s. isə “süddən çıxan ağ qaşıq” kimi, çəkilb durur bir kənarda.
Bunu təsdiq edən saysız-hesabsız nümunələr göstərmək olar.
Məsələn, Prezidentin sabiq köməkçisi Əli Həsənov. Digər korrupsiya əməllərini kənara qoysaq, təkcə onun kurasiyasında olan jurnalistlər binasının tikintisində yol verilən 18 milyonluq yeyinti faktı, bu işdə onun iştirakına dair məhkəmədə və istintaqda danılmaz sübutların və dəlillərin ortaya qoyulması bəs edirdi ki, bu şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Lakin bu, baş vermədi. Əvəzində, onun yaxın “dostu və qardaşı”, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qurban verildi – 10 il 6 ay! Baxmayaraq ki, hamı çox yaxşı bilir, jurnalist binalarındakı yeyintidə Səfərlinin rolu yox kimidir, ona bəlkə heç qəpik-quruş da çatmayıb.
Eləcə də Həsənovun yaxın qohumu və tanışları da daxil olmaqla, bu işdə formal iştirakçı olan və mənimsənilən milyonlardan yalnız aylıq maaş alan bir neçə kiçik “qurbancıq” da məhkəmə tərəfindən cəzalandırıldı...
Bakının sabiq meri Hacıbala Abutalıbov. Adamın dövründə Bakı qarış-qarış satıldı. Tikintiyə icazədən tutmuş iri təmir və tikinti layihələrinin icrasına qədər elə bir sahə olmadı ki, orada korrupsiya, yeyinti, rüşvət faktları olmasın. Hamı da yaxşı bilirdi ki, bütün bu əməllər şəxsən Abutalıbovun iştirakı və payı olmadan reallaşa bilməzdi. Sonda nə oldu? Hansısa anlaşılmaz, müəmmalı və Azərbaycan reallıqları baxımından gülünc bir cinayət işi ilə Abutalıbovun Aparat rəhbəri Rasim Quliyev “qurbanlıq” verildi. V.Səfərli ilə müqayisədə R.Quliyevə qarşı daha insaflı davranıldı - cəmi 3 il!
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev. Onun rəhbərlik etdiyi qurumda ötən il keçirilən əməliyyatda tenderlərdə baş verən aşıq-aşkar, 10 milyonlarla manatla hesablanan mənimsəmələrdən tutmuş musiqi məktəblərində yığılan nisbətən xırda rüşvətə qədər saysız-hesabsız cinayət faktları üzə çıxarıldı və sübuta yetirildi. Nəticədə, kim həbs olundu? Əbülfəs Qarayevin müavini Rafiq Bayramov. 8 il müddətinə azadlıqdan məhrum edilən Bayramov məhkəmədəki ifadəsində deyib: “Mən saxlanılanda vəzifə səlahiyyətlərimi aşma, mənimsəmədə ittiham olunmuşam. Qeyd etməliyəm ki, mən nazir müavini olsam da, imza səlahiyyətim olmayıb, maddi-məsuliyyətli şəxs olmamışam.” Bunun açması o deməkdir ki, hər şey nazirin səlahiyyətində, nəzarətində və onun imzası ilə olub. Ancaq məlum olduğu kimi, Ə.Qarayevə “gözün üstə qaşın var” deyən yoxdur. R.Bayramov da daxil omaqla onun bir neçə “qurbanlıq”ları isə məhbus həyatı yaşayır...
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov. Hüquq-mühafizə orqanlarının XİN-də keçirilən əməliyyatı ortaya çoxsaylı korrupsiya və vəzifə cinayətlərinə dair faktlar çıxardı. Bununla yanaşı, mətbuatda nazirin ABŞ-da 4.2 milyon dollara mənzil aldığı faktlarla ortaya qoyuldu və sonradan Məmmədyarovun özü də bunu inkar etmədi. XİN-də aparılan araşdırmalar isə hər şeyin nazirin bilgisi, razılığı və iştirakı ilə baş verdiyini təsdiqlədi. Lakin Məmmədyarov da hazırda digər həmkarları kimi, öz kefindədir. Əvəzində, nazirliyin bir neçə yüksək rütbəli təmsilçisinə cinayət işi açıldı. Ancaq maraqlıdır ki, məhkəmə bu şəxslərə yalnız şərti iş kəsməklə və vurulmuş bir neçə milyonluq ziyanı ödətməklə kifayətləndi...
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov. Azərbaycanın ən yeni tarixində bəlkə də “MTN işi” qədər səs-küylü, böyük rezonans doğuran, saysız-hesabsız ağır cinayətlərin, qətl və işgəncələrin, üst-üstə yüz milyonlarla ölçülən rüşvət, reketlik və s. kimi əməllərin yer aldığı və dövlətin adına, nüfuzuna xələl gətirən ikinci iş olmayıb. Ancaq buna baxmayaraq, bu rüsvayçılığın qarşısında böyük cinayətkar dəstənin başında duran nazir Eldar Mahmudov azadlıqdadır və özünün Bakıdakı saysız-hesabsız malikanələrinin birində kef-damaq içərisində yaşayır. Ancaq bu işin gətirdiyimiz digər nümunələrdən fərqi ondadır ki, burada məsuliyyətə cəlb olunanlardan kimisə “qurbanlıq” adlandırmağa insanın dili dönmür. Çünki bu işdəki adi əməliyyatçıdan generala qədər hər kəs qurbandan daha çox yırtıcı canavar obrazına uyğun gəlir. Məsələn, Akif Çovdarova necə “qurbanlıq” demək olar? Adam “qurbanlıq” dərisinə sığmadığını sübuta yetirdi - qısa müddətdə həbsdən çıxdı və bu gün də iddialı şəkildə bəraət, hətta üzərinə həbs qoyulan milyonluq əmlaklarının geri qaytarılmasını tələb edir. Və məhkəmənin onunla bağlı son qərarı da göstərir ki, bu tələbləri yerinə yetirilmək üzrədir...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev. DTX-nın keçirdiyi məlum əməliyyatlar zamanı ard-arda həbs olunan icra başçılarının hamısı Ramiz Mehdiyevin “komandası”nın nümayəndələri hesab olunurdu. Mehdiyevin dövründə başçıların hansı prinsiplər əsasında işlədikləri, onların kimin əmrlərinə tabe olduqları, rayonlardan yığdıqları milyonların hara çatdığı, necə bölüşdürüldüyü barədə istər mətbuatda, istərsə də cəmiyyətdə dolğun və real təsəvvür mövcuddur. Buna baxmayaraq, başçılardan kiminsə Mehdiyevin adını çəkdiyinə dair rəsmi məlumat yoxdur...
Nəticədə, Mehdiyev azadlıqda və AMEA rəhbərliyindədir. Onun “qurbanlıq”larına gəlincə, onların arasında hazırda həbsdə olanlarla yanaşı, hətta həbsxanada həyatını itirənlər də var. Mehdiyev isə sağ-salamat, vəzifə başında, parıltılı, hökumət nömrəli maşınında gəzir və əvvəlki lüks həyatını davam etdirir...
İş o yerə çatıb ki, bəzi hallarda özləri “qurbanlıq” statusunda olanlar belə öz ətrafında “qurbanlıq” saxlayır. Məsələn, Abşeronun hazırkı icra başçısı İradə Gülməmmədova. Bu xanım başçının da “kontorunda” keçirilən əməliyyat zamanı danılmaz korrupsiya və rüşvət cinayətlərinə aid sübutlar üzə çıxarıldı. Lakin Gülməmmədova hansı yollasa bu “yaş” işdən “quru” çıxdı. Əvəzində rayonun baş memarı Akif Əliyev “qurbanlıq” verildi. İndi A.Əliyev 10 il 6 aylıq cəzasını çəkməkdə, İ.Gülməmmədova isə əvvəlki postunda və əvvəlki əməllərini davam etdirməkdədir...
Əlbəttə ki, bu siyahını uzatdıqca uzatmaq olar. Ancaq burada maraqlı olan həm də “qurbanlıq”ların fərqli taleyi, fərqli cəzalar almasıdır. Belə görünür ki, “qurbanlıq”ların yaşadığı aqibətin ağırlıq dərəcəsi onların hər birinin azadlıqda qalan sabiq şefinin çəkisindən, hələ də hakimiyyət daxilində mövcud olan əlaqələrindən və bir də həmin şefin şəxsi mənəvi keyfiyyətlərindən, öz “qurbanlıq”larına mərhəmətindən, sədaqətindən, daha dərinə getsək, kişiliyindən asılıdır. Bu sarıdan məsələn, Vüqar Səfərlinin bəxti qətiyyən digərləri qədər gətirməyib...
Maraqlıdır, bəs, bu “qurbanlıq” oyunu nə vaxta qədər davam edəcək və bundan sonra da oxşar işlərin şahidi olacağıqmı?
İlk baxışdan hakimiyyətdə aparıldığı elan olunan yeni kadr siyasəti, gəncləşdirmə, şəffaflıq və s. yuxarıda gətirilən nümunələrin təkrarlanmasını istisna etməlidir. Lakin təəssüf ki, hələlik bunu istisna etmək mümkün deyil, hətta bəlkə də sadəlövhlükdür. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyi də daxil olmaqla əksər nazirliklər, komitələr, eləcə də rayon icra hakimiyyətləri və digər icra orqanları tender korrupsiyasını özündə əks etdirən və buna dair ciddi şübhələrə yol açan fəaliyyətləri davam etdirirlər.
Bu qurumlarda baş verənlər göstərir ki, bəzi yeni “gənc və Avropa təhsilli” kadrlar da bir çox cəhətlərinə görə öz sələflərindən ciddi şəkildə fərqlənmirlər və onların özləri də bir növ “qarmaqdan asılı” vəziyyətdədirlər. Bu isə o deməkdir ki, belə davam etsə, növbəti korrupsiya ilə mübarizə dalğalarının birində onların da üzərini “qara buludlar” ala bilər və deməli, əgər sələfləri kimi “kəfəni yırta” bilsələr, onların da özlərinə aid “qurbanlıq”ları, yaxud “palanlar”ı olacaq...(Azpolitika)
C
Paylaş:
Müəllif : Fuad
Tarix:25-12-2021, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər