AZMİU-da İMTAHAN FIRILDAĞI... - İTTİHAM
“Aylıq jurnalda kollekviumdan 9-10 bal almışıq, amma elektron jurnallarda 5 bal qeyd olunub.
Ola bilər, aylıq jurnalı elektron sistemlə tutuşdursalar, nəticələr düz çıxar, amma elektron jurnallarda aylıq nəticələrə aid bölmə var. Bölməni elektron jurnallarla tutuşdursunlar, görək magistr-tələbələr kollekviumdan 9 bal yoxsa 5 bal alıb.”
Bu sözlər Faktinfo.az saytına anonimliyi qorunmaq şərti ilə göndərilən fikirlərdəndir.
“Bu tendensiyanı müxtəlif fənlərdən tətbiq edirlər. Məsələn, Marketinqin müasir problemləri, Marketinq kommunikasiya fənləri buna misaldır.” AzMİU-nun Tikinti-İqtisad fakültəsinin Marketinq ixtisası üzrə tələbələrdən biri önəmli bir mövzuya da toxunub.
“Marketinq müasir, dövrün tələblərinə cavab verən ixtisasdır. İxtisasımızı dərindən mənimsəmək istəyirik. Amma bəzi yaşlı müəllimlərin bu fənni zəif bilmələri, verilən suallara əhatəli cavab verə bilməmələri olur ki, bizi məyus edir”- deyə bildirilir.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) məsələyə münasibət öyrənilib. AzMİU mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın bildirdiyinə görə, qeyd edilən məsələlər yalandır, böhtandır. Amma bununla belə, qeyd olunan məsələlər tərəfimizdən diqqətdə saxlanılacaq, araşdırılacaqdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-12-2021, 11:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər