reklam
Regionxeberlericom.az » Cəmiyyət » Artıq Azərbaycanda da “Omicron” ştamı müşahidə olunur - Diqqət!

reklam

Artıq Azərbaycanda da “Omicron” ştamı müşahidə olunur - Diqqət!















Yeni koronavirusun (COVID-19) “Omicron” ştamı “Delta” ilə müqayisədə insanların bronxlarında 70 dəfə daha sürətlə çoxalır.

Honq Konq Universitetinin Tibb Fakültəsi tərəfindən aparılmış tədqiqatın nəticələrinə görə, “Omicron” ştamının yüksək yoluxduruculuq qabiliyyəti var. Tədqiqat nəticəsində “Omicron” ştamı vaksinlərlə və daha əvvəl keçirilmiş xəstəlik nəticəsində əldə edilmiş immunitetdən qismən yayına bilir. Həmçinin ağ ciyərdə daha az şiddətli infeksiyaya səbəb olur. “Delta” ştamı ilə müqayisədə virusun bu ştamına yoluxma zamanı xəstəliyin əksər hallarda daha yüngül keçdiyi müşahidə edilir.

“Omicron” təhlükəsi ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, koronavirusun bu ştamının Azərbaycanda da yayılma ehtimalı yüksəkdir:

““Omicron” ştamı “Delta”ya nisbətən daha sürətlə yayılmağa meyillidir. Lakin virusun instensivliyi zəifləyib. Bu da gələcəkdə mutasiya ştamların zəifləyəcəyinə ümid doğurur. Yəqin ki, ölkəmizdə də virusun bu ştamı artıq varlığını sürdürür. Bəzi xəstələrdə “Omicron”un əsas əlamətlərinin mövcudluğuna şahid oluruq. Virusa qarşı vacib addımlar atılmalıdır. Tədbirlər çərçivəsində vaksinasiyanın intensivliyini artırmaq və karantin tədbirlərinin gücləndirilməsi önəmlidir” .




Paylaş:


Müəllif : Tarix:
27-12-2021, 17:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər