“Hakimiyyətdən real islahatlar tələb edirik” - AMİP-dən ÇAĞIRIŞ
2022-ci ilə sayılı günlər qaldı. Bu ildə ölkə müxalifətinin hansı işlər görəcəyi, hansı planlarının olduğu barədə ən müxtəlif suallar dolaşmaqdadır.
Müxalifətin 2022-ci il hədəfləri nədir? Fəaliyyətində hansı yeniliklər edəcək? Mitinq etmək, piket keçirmək kimi planları varmı? 2022-ci ildə referendumun və ardınca da Milli Məclisə boş qalan deputat yerlərinə təkrar seçkilərin keçiriləcəyinə inanırlarmı?
RegionXəbərləri.com "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı planlarını açıqladı: “Azərbaycanda və dünyada siyasi proseslər elə sürətlə gedir ki, indi oturub qarşıdakı 3-5 il üçün planlar qurmaq mümkün deyil. Siyasət operativləşib, çevik siyasət yürütməyin tərəfdarıyıq. Dəyişməz olaraq qalan partiyanın strukturlaşması, yeni üzvlərin cəlb olunması, rayon təşkilatlarının formalaşdırılması və gücləndirilməsidir. Beynəlxalq əlaqələrin qurulması istiqamətində də müəyyən addımlar atmağı düşünürük. Bilirsiniz ki, pandemiya bu istiqamətdə olan işlərimizi xeyli ləngidib. İndi pandemiya xeyli yumşalıb. Beynəlxalq əlaqələrin qurulması istiqamətində bəzi addımlar atacağıq. Parlamentdə boş qalan yerlərə keçiriləcək seçkilərdə bütün gücümüzlə iştirak edəcəyik.
Bu gün Azərbaycanda bu istiqamətdə əsas iş görəcək, fəal olacaq partiya elə məhz AĞ Partiyadır, istər elektoral, istərsə də struktur baxımından. Əgər bu məsələdə reytinq sorğusu aparılsaydı, ilk sırada biz olardıq. Bütün bunların hamısı seçki prosesində özünü göstərəcək. Aksiya, piket filan istənilən siyasi partiyanın gündəliyində olur. Zərurət yaranarsa, biz də bu hüququmuzdan istifadə edəcəyik. Yəni bu əvvəlcədən planlaşdırılmır. Əminəm ki, AĞ Partiya olaraq 2022-ci ilə girdiyimizdən həmin ildə ondan daha güclü çıxacağıq”.
ALDP rəhbəri Fuad Əliyev seçkilərdən danışdı: “Yeni ildə partiyanın fəaliyyətində yeniliklər olacaq. Qarabağ problemi, işğalda olan torpaqlarımız azad olduğuna görə biz daha çox təşkilati məsələlərə üstünlük verəcəyik. Partiyanın yerli təşkilatlarının fəaliyyətlərini gücləndirəcəyik. 2022-ci ildə partiyanın növbəti qurultayının keçirilməsi nəzərdə tutulub. Bununla bağlı yanvar ayından başlayaraq hazırlıq işlərinə start veriləcək. O ki qaldı boş qalan deputat yerlərinə təkrar seçkilərində iştrak edib-etməməyimizə, onu elan edən zaman qərar verəcəyik. Əslində biz seçkilərdə iştirakın tərəfdarıyiq. Elan olunsun, biz də onu dəyərləndirəcəyik”.
AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov hədəflərindən söz açdı: “Müxalifət olaraq hədəfimiz güclü, qüdrətli, demokratik, inkişaf etmiş, insanları firavan yaşayan, müstəqil məhkəmə-hüquq sistemi, müstəqil Parlamenti olan və bütün ərazisində hüquqi hakimiyyətini bərpa etmiş Azərbaycandır. Bütün bunlara nail olmaq hakimiyyətin atacağı addımlardan keçdiyi üçün bizim də fəaliyyətimizin əsasını sadalananlarla bağlı konkret addımlar atılması üçün hakimiyyətə təzyiq göstərmək təşkil edir. Başqa sözlə, biz hakimiyyətdən bu və ya digər sahədə real islahatlar tələb edirik və bununla bağlı qanunlarımızın imkan verdiyi istənilən təsir vasitəsindən istifadəni məqbul hesab edirik. Bura piket və ya mitinqlərin keçirilməsi də daxildir. Müxalifət olaraq hesab edirik ki, Azərbaycan nəhayət ki, Ermənistan hakimiyyətinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələdə vaxtı uzatmasına yönəlik addımlarına son qoymalı və beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini möhkəmləndirmək üçün Ermənistanın qərarını gözləməməlidir. Eləcə də Laçın dəhlizində özünün hüquqi statusunu təmin etmək üçün mütləq şəkildə gömrük nəzarət sisteminin tətbiqinə başlamalı, insanlarımızın öz dədə-baba yurdlarına qayıdışını sürətləndirməlidir. İnsanımızın iqtisadi durumunu və sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret addımlar atılmalı, bu və ya digər sahədə qiymət artımlarına son qoyulmalı və hakimiyyətin apardığı səhv siyasət nəticəsində hər gün daha da ağırlaşan həyat şəraitinin yaxşılaşdırılması təmin olunmalıdır. Müxalifət olaraq hesab edirik ki, qaldırılan problemlərin öz həllini tapması üçün müstəqil məhkəmə-hüquq sisteminin və müstəqil parlamentin olması ən vacib şərtdir və bu məqsədlə də hakimiyyətdən özündə proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının artırılması və digər vacib məsələləri ehtiva edən konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsini tələb edirik. Başqa sözlə, hədəflərdən biri də konstitusiya dəyişikliyinə nail olmaqla yeni parlament seçkilərinin keçirilməsidir. Bunlara isə təkcə inanmaqla nail olmaq mümkün deyil. Müxalifət olaraq üzərimizə düşən vəzifə hakimiyyəti bununla bağlı addımlar atmağa məcbur etməkdən ibarət olmalıdır”.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli referendum ehtimalına toxundu: “Siyasi qüvvələrin, o cümlədən müxalifətin fəaliyyəti Azərbaycandakı ictimai-siyasi proses, xalqın sosial durumu və heç şübhəsiz Qarabağ ətrafında baş verənlərin nəticəsi ilə birbaşa bağlıdır. Fikrimcə, gələn il siyasi qüvvələrin əsas diqqəti Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam şəkildə bərqərar olması və sosial problemlərin həllinə yönələcək. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bu məsələləri dəfələrlə qaldırmışıq. Həm pandemiya şərtləri, həm də ölkəmizin geopolitik durumu kütləvi aksiyaların keçiriləcəyini real göstərmir. Buna görə siyasi və sosial tələblərin müxalifət tərəfindən ifadə formasının dəyişəcəyinə inanmıram. Amma bir daha təkrarlayıram ki, hər şey ictimai-siyasi proseslərin gedişatından asılıdır. 2022-ci ildə referendum keçirilməsi ehtimaldır, amma parlamentdə boş qalan yerlərə seçkilərin keçiriməsi konstitusion şərtdir. Bütün hallarda VHP-nin Siyasi Şurası seçki şəraitində müvafiq qərarlar verəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-12-2021, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər