reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baş nazirin bu qərarı toyuq ətini daha da bahalaşdıracaq - Görünəni budur...

reklam

Baş nazirin bu qərarı toyuq ətini daha da bahalaşdıracaq - Görünəni budur...

















"Hesab edirəm ki, gömrük orqanlarının bəyannamə qiymətləri adı altnda süni qiymət artımı yaratmağı mənfi tendensiyalara gətirib çıxardır”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Nazim Bəydəmirli Baş nazir Əli Əsədovun Azərbaycana idxal olunan toyuq əti və toyuq hissələri üçün tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı güzəştlərin daha iki il uzadılması ilə bağlı qərarını şərh edərkən deyib. Ekspert hesab edir ki, ümumiyyətlə, dünyada qiymət artımının mövcud olmasına baxmayaraq, Azərbaycanda bu qiymət artımı bir neçə dəfə dünya orta statistik rəqəmini üstələyir:

"Bu baxımdan hesab edirəm ki, daxildə istehsalı dəqiq biləndən sonra, eyni zamanda gömrük və vergi siyasəti vahid mərkəzdən aparılmalıdır. Ölkədə istehsal olunmayan idxal məhsullarının demək olar ki, əksəriyyətini tamamilə gömrük risumundan azad etmək lazımdır. Yəni faizlə göstərib, guya faiz böyük görsənir kimi təqdim edilir, ancaq sabit rəqəm bir dollar götürməklə bu, əksinə, qiymətləri bahalaşdırmağa gətirib çıxardır”. Nazim Bəydəmirli bildirib ki, toyuq əti dünya bazarında da bahalaşıb, ancaq: "Dünya bazarında olan tendensiya ilə indiki durumda toyuq ətinin 1 kiloqramı 1 dollar 30 senti keçmir. Xatırladım ki, BMT-in ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumata görə, ən çox bu məhsulu istehsal edən ölkələrdən biri Braziliya və ABŞ-da qiymət təqribən 1 tona 977 dollardan 1138 dollara qalxıb. Avroba Birliyində bu bir az bahadır. Təqribən 2 avroya da çata bilir. Ancaq dünya bazarında əhəmiyyətli oyunçular olan ölkələrdə bu sahədə qiymətlər 1 dollar 50 senti keçmir. Belə olan şəraitdə invoys dəyərindən 15% gömrük rüsumu götürülsə, hətta toyuq ətinin 1 kq-ı 1.5 dollar götürülsə, bu malın hər kiloqramına 22 sent artım edir. Beləliklə, 1 kiloqramına 1 ABŞ dolları götürülməsi əslində qiymətin güzəştlə idxal olunmasını deyil, yəni daha doğrusu, daxildə olan monopoliyanı qorumaq məqsədi daşıyır. Monopolist istehsalçılar bu qiyməti artırmaqda maraqlıdırlar. Əgər dünya bazarlarında bu qiymət təqribən 1 dollar yarımı keçmirsə, bu zaman gömrük orqanlarının təqdimatı ilə Nazirlər Kabinetinin belə qərar qəbul eləməsi qiymətləri bahalaşdırmağa xidmət edir, nəinki onun qiymətini stabil saxlamağa. Ümumiyyətlə, bir neçə il öncə, ölkə başçısı yumurta və quş əti istehsalı ilə bağlı məlumat vermişdi ki, biz özümüzü təmin edirik və hətta xarici ölkələrə ixrac edirik. Ancaq əhalinin sosial kəsimi olan kasıb, imkansız şəxslərin ən çox qidalandığı, ən çox istifadə etdiyi toyuq ətinin qiyməti niyə belə bahadır sualını bir daha hokumətə ünvanlamaq lazımdır. Niyə qiymətlər Azərbaycanda digər ölkələrdən kəskin olaraq fərqlənir? Məqsədi nədir?”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara görə, Azərbaycana idxal olunan toyuq əti və toyuq hissələri üçün tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı güzəştlər daha iki il uzadılıb.




Paylaş:


Müəllif : Tarix:
30-12-2021, 13:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər