Qəza qurbanlarının ailəsinə təzminat ödənəcək - 83 milyon dollar
Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 83,94 milyon ABŞ dolları və faiz ödənilməsinə dair qərar verilib.
"The Guardian" xəbər verir ki, qərarı Kanadanın Ontario ştatının məhkəməsi çıxarıb.
Təzminat alan 6 ailə üzvü 752 saylı reysin göyərtəsində həyat yoldaşlarını, bacılarını, uşaqlarını, bacı-qardaşlarını və qardaşı qızlarını itirib. Onlar İrana və insidentə görə məsuliyyət daşıyan digər rəsmilərə qarşı mülki iddia qaldırıblar.
Şahin Moqəddəm, Mehrzad Zarya və Əli Qorcidən fərqli olaraq, iddiaçılardan bəziləri adlarını gizlətmək istəyiblər.
Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing” təyyarəsi 2020-ci il yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Təyyarədə 167 sərnişin və 9 ekipaj üzvü olub və hamısı həlak olub.(Yenisabah)
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2022, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər