Məhkəmədə bank sahibinə ağır cəza istənildi
2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
RegionXəbərləri.com Musavat.com-a istinadən xəbər verir ki, prokuror həbsdə olan N.İsmayılova ağır cəza istəyib. Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.İsmayılovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.
N. İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmişlərdən birinin də tanınmış skripkaçı Ceyhun İsmayılov olduğu deyilir. Məlumata görə, C. İsmayılov Nadir İsmayılova 30 min manat verdiyini iddia edir. Belə ki, skripkaçı banka olan borcuna görə 30 min manat ödənişi N.İsmayılova verdiyini, lakin pulun ödənilmədiyini bildirir.
Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi. Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu. Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi. Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2022, 22:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər